konto-ader

konto-ader (iqt.)
konto
konto-avizo
OBASTAN VİKİ
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Cilbert Ader
Cilbert Ader (ing. Gilbert Adair, 29 dekabr 1944, Edinburq — 8 dekabr 2011) — ingilis (şotland) yazıçısı, ssenarist, tərcüməçi, esse müəllifi. Daha çox "Alisa möcüzələr ölkəsində" və "Piter Pen" əsərlərinin davamını yazmaqla tanınmışdır.
Klement Ader
Klement Ader (2 aprel 1841[…], Myure[d], Yuxarı Qaronna, Fransa – 3 may 1925, Tuluza, Yuxarı Qaronna, Fransa) — Fransız mühəndis Muret, Haute-Qaronnedə anadan olmuşdu və Tuluzada vəfat etmişdir. == Həyatı == Ader həm elektrik, həm də maşın mühəmdisliyində bir yenilikçi idi.Başalnğıcda elektrik mühəndisliyi təhsili aldı və 1878 ci ildə Aleksandr Bell tərəfindən icad etdiyi telefonu inkişaf etdirdi. Bundan sonra 1880-ci ildə Oaris də telefon şəbəkəsini qurdu.1881-ci ildə sterefonik qəbul etməni təmin edən bir telefon əlaqə sistemi olan tetrafonu icad etdi,opera performansları üçün ilk stereo əlaqəni 1881-ci ildə 3 km məsafəyə siqnalı ötürə bilən cihaz kimi icad eti. 1903-cü ildə Pari-Madrid yarışı üçün bir V8 mühərriki dizayn etdi.Ancaq 3 və ya 4 ədəd istehsal olunmasına rəğmən heç biri satılmadı Buna əlavə olaraq mexaniki uçuş probleminin həllinə qayıtdı və həyatının sonuna qədər bunun üçün çoxlu vaxt və maliyyə xərc etdi.Quşların uçuşunda Luis Pierre Mouillardın(1834-1897)işlərindən istifadə edərək ilk uçuş maşını 1886-da,Eolda yerinə yetirdi.Dörd qanatlı bir pər istifadə etdi. == İstinadlar == == Xarici keçidlər == Clement Ader Clement Ader's flying machines Arxivləşdirilib 2020-04-15 at the Wayback Machine Clement Ader's first flight in 1879 ?
Yanoş Ader
Yanoş Ader (mac. János Áder, 9 may 1959) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti. == Həyatı == Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur. 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu. == Siyasi fəaliyyəti == Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır: 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur. O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi.