KÖBƏLƏK

Ruslardakı гриб sözünü Peterson гроб sözü ilə bağlayır. Yakobson isə “то, что врывается, вылазит из земли” kimi izah edir. Petersonun fikri inandırı­cıdır və bizdə də köbələk “köpmək” sözü ilə qohumdur. Qabaq kənddə qazma dam (pəyə) tikəndə ortada torpaq topası qalırdı, sonra onu damın üstünə atırdılar ki, yağış yağanda evə damcı tökülməsin. Həmin topa torpağa köbə deyirdilər. Bu baxımdan köbəköbələk arasında qohumluq axtarmağa dəyər. Deməli, köbələkköpmək (topa) qohum sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KÖBƏK
KÖHLƏN
OBASTAN VİKİ
Köbələk
Göbələk — makromiset göbələklərin meyvə gövdələri üçün gündəlik dildə istifadə olunan söz. Müasir bioloji təsnifata görə, göbələklər canlıların müstəqil aləmini (Fungi aləmi) təşkil edir. Böyük meyvə gövdələrini meydana gətirən göbələklər iki şöbənin fərqləndiyi ali göbələklərin (Dikarya) alt aləminə aiddir - ascomycetes (Ascomycota) və ya marsupiallar və basidiomycetes (Basidiomycota). Praktik baxımdan göbələk yeməli, yeyilməyən və zəhərli olaraq fərqlənir. Göbələk müxtəlif mikroorqanizmlərdən, əsasən maya (saxaromisetlər) və laktik turşu bakteriyalarından ibarət olan, fermentasiya yolu ilə içkilər əldə etmək üçün istifadə olunan, məsələn, kombuça, kefir göbələklərindən ibarət jelatinli kütlə adlanır.