KƏMHÖVSƏLƏ

sif. [ fars. kəm və ər. hövsələ] Hövsələsi olmayan, hövsələsiz, səbirsiz, tez əsəbiləşən.
[Məşədi İbad:] O cürə evdə böyüyən qız bir az kəmhövsələ olar. Ü.Hacıbəyov.

□ Kəmhövsələ olmaq – hövsələsizlik, səbirsizlik göstərmək, əsəbiləşmək.
[Kərbəlayı Rəcəb:] Hacı! Dərdin alım, nöşün belə kəmhövsələ olmusan? N.Vəzirov.
[Nəcəfalı:] A bala, kəmhövsələ olma, axırını gözlə! B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏMHÖVSƏLƏ kəmhövsələ bax hövsələsiz
KƏMFÜRSƏTLİK
KƏMHÖVSƏLƏLİK

Digər lüğətlərdə