LİM

I
(Cəbrayıl)
suyun yığıb gətirdiyi torpaq, lil. – Arxı lim yaman basıf, gərəx’ genə işdiyəx’
II
(Gəncə)
üsul, qayda. – Çox işləməgnən döy, işin limini tappax lazımdı
III
(Salyan)
eyham, atmaca
◊ Lim atmağ – eyham etmək. – Həsən məclissə mə:lim <mənə lim> atdı
IV
(Salyan)
bəhanə, səbəb
◊ Lim qoymağ – bəhanə etmək. – Həsən hər işə bir lim qoyır
V
(Qazax, Tovuz)
bax lil . – Bir toğlu kəsdix’, lim yağ çıxdı, heş qara tikəsi yoxuydu (Tovuz)
LİLPAR
LİMÇAVA
OBASTAN VİKİ
Devid Lim
Devid Lim (ing. David Lyme) – İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modelidir. Ən məşhur mahnısı "Bambina" mahnısıdır.
Kvon Ha-lim
Lim Kyung-Hee
Lim Kyung-Hee (16 noyabr 1982) — Cənubi Koreyanı təmsil edən marafonçu. Lim Kyung-Hee Cənubi Koreyanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lim Kyung-Hee birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 39 dəqiqə 3 saniyəyə qət edərək 118 marafonçu arasında 76-cı yeri tutdu. Lim Kyung-Hee növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 31 saniyəyə qət edərək 157 marafonçu sırasında 70-ci yeri tutdu.
Lim Mi-Kyun
Lim Mi-Kyun (d. 17 may 1967) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim Mi-Kyun Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Lim O-Kyeong
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Lim O-Kyon
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Par Yon-Lim
Par Yon-Lim (d. 25 sentyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Par Yon-Lim Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Par Yon-Lim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
ABŞ hava limanları
Qalın mətnABŞ-dakı hava limanlarının siyahısı.
ABŞ hava limanları siyahısı
Qalın mətnABŞ-dakı hava limanlarının siyahısı.
ABŞ hava limanlarının siyahısı
Qalın mətnABŞ-dakı hava limanlarının siyahısı.
AEL Limasol FK
AEL FK — Kiprin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kuboklarında iştirak edib.
AEL Limassol QVK
"AEL — Kipr Respublikasının Limassol şəhərin təmsil edən qadın voleybol komandasıdır. Klub həmçinin AEL idman klubunun voleybol şöbəsidir. Voleybolla yanaşı, idman klubunun AEL Limasol FK adlı futbol klubu və AEL Limassol Basket adlı basketbol klubları da vardır.
Abadan Beynəlxalq Hava Limanı
Abadan Beynəlxalq Hava Limanı (IATA: ABD, ICAO: OIAA) İranın Abadan şəhərindən 12 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır.
Abkayk Hava Limanı
Abkayk Hava Limanı (ərəb. مطار بقيق‎; ‎ (ICAO: OEBQ) — Səudiyyə Ərəbistanının şərqində yerləşən Abkayk neft yatağından 10 km məsafədə kiçik özəl hava limanı. Təxminən 0,35 km2 ərazini əhatə edir, təsərrüfatlar və səhra ilə əhatə olunmuşdur. Hava limanı regionun ən böyük şəhəri olan Dammamdan 65 km məsafədə yerləşir. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" hava limanının sahibidir. Kral Fəhd Hava Beynəlxalq Limanı tikilənə qədər krallıq daxilində uçuşlar üçün istifadə edilirdi və şirkətin təyyarələri burada hərəkət edirdi. Hal-hazırda Abkayk Hava Limanından istifadə edilmir. Hava limanının uzunluğu 1,851 metr və eni 34 metr olan bir uçuş-enmə zolağı var. Orta ölçülü təyyarələr üçün iki dayanacaq yeri də var.
Acianthera limae
Acianthera limae (lat. Acianthera limae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Adnan Menderes Hava Limanı
Adnan Menderes Hava Limanı (türk. Adnan Menderes Havalimanı) — Türkiyənin İzmir ilinə xidmət verən beynəlxalq havalımanı. Şəhər mərkəzindən 14 km (8.7 mil) cənubda, Qaziemir ilçəsi sərhədlərindədir. Adını 1950-1960-cı illər arasında baş nazir işləyən Adnan Menderesdən (1899-1961) alır. Hava limanının sahibi Dövlət Hava Limanları İdarəsidir, operator TAV Hava limanlarıdır. 2018-ci ildə 13.410.378 sərnişin və 91.447 təyyarə qəbul edən Adnan Menderes Hava limanı, ölkənin ən məşğul beşinci hava limanıdır. Yük daşınması baxımından 11,889 ton ilə ölkənin hava limanları arasında üçüncü yeri tutur. == Tarixçəsi == Əvvəlki adı Cüməovası Hava Limanı olan bu hava limanı inşa edilməmişdən öncə, İzmirdə bütün mülki uçuşlar Çiğli Hava Limanında həyata keçirilirdi. Çiğli Hava Limanı təmirə girəndə Cüməovası Hava limanı istifadəyə verildi. Lakin texniki çatışmazlıqlar səbəbindən gecə uçuşları həyata keçirilmədi və böyük təyyarələr uçuş zolağına enə bilmədi.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Aktau Beynəlxalq Hava Limanı
Aktau Beynəlxalq Hava Limanı (qaz. Ақтау халықаралық әуежайы) (IATA: SCO, ICAO: UATE) — Qazaxıstanın Aktau şəhərində yerləşən hava limanı. 1993-cü ildə tikilib. Sovet dövründə Şevçenko-Mərkəz adlanırdı.
Aktau dəniz limanı
Aktau dəniz limanı — Qazaxıstana məxsus olan, Xəzər dənizi sahilində yerləşən dəniz limanı. Dəniz limanın rəsmi adı "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" Milli Səhmdar Cəmiyyəti adlanır. Dəniz limanın səhmlərinin 100% Qazaxıstan Dəmir Yolları idarəsinin balansındadır. Aktau dəniz limanı Xəzər dənizinin şimal-şərqində yerləşir. Dövlət müəssisəsi beynəlxalq əhəmiyyət kəsb edən limandır. Xüsusilə beynəlxalq yüklərin daşınmasında böyük əhəmiyyət kəsb edir. Aktau buxtasından İranın şimalındakı və Bakıdakı limanlara gəmilər hərəkət edir. Dənizlə limana gətirilən yüklər Qazaxıstana məxsus dəmir yolları və avtomagistrallarla Sibir və Şərqi Asiya ölkələrinə daşınır. Limandan Qazaxıstanda istehsal olunan kənd təsərrüfatı və avadanlıqlar, xam neft daşınır. Dəniz limanı il ərzində 3,2 mln ton quru yük və 12,5 mln ton xam neft daşıma imkanına malikdir.
Akvitaniya-Limuzen-Puatu-Şaranta
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Alabama hava limanlarının siyahısı
Bu siyahı ABŞ-nin Alabama ştatında yerləşən havalimanlarının növünə və yerinə görə siyahısıdır. Bu siyahıda ictimai və hərbi hava limanları var. FAA tərəfindən kommersiya uçuşları qeydə alınmış və ya BHNA kodu təyin edilmiş bəzi əhəmiyyətli şəxsi və əvvəllər ictimai istifadə də olan keçmiş hava limanları da buraya daxil edilib. == Hava limanları == Bu siyahıya aşağıdakı məlumatlar toplanmışdır: Şəhər – Hava limanın aid olduğu və Federal Aviasiya Administrasiyası baş qeydlərində göstərilən şəhər. Bu həmişə faktiki yerdən fərli ola bilər, çünki bəzi hava limanları xidmət etdiyi şəhərin ətrafında yerləşən daha kiçik qəsəbədə yerləşir. FAA – Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən təyin edilən yer identifikatoru. BHNA – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) tərəfindən təyin edilən hava limanı kodu. FAA kodu ilə eyni olmadıqda qalın şəkildə verilir. BMAT – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) tərəfindən təyin edilən hava limanı kodu. Adı – Hava limanının rəsmi adı.
Almatı Beynəlxalq Hava Limanı
Almatı Beynəlxalq Hava Limanı (qaz. Халықаралық Алматы Әуежайы) (IATA: ALA, ICAO: UAAA) — Qazaxıstanın ən böyük beynəlxalq hava limanı. Aeroport, Qazaxıstanın ən böyük şəhəri və ticarət paytaxtı olan Almatının təxminən 15 km şimal-şərqində yerləşir. Almatı Beynəlxalq Hava Limanı, Qazaxıstanın sərnişin gediş-gəlişinin yarısına və yük gediş-gəlişinin 68%-ə sahibdir. 2012-ci ildə hava limanında, 4,003,004 sərnişin var idi. Bunların 1,997,570-i hava limanına gələn, 2,005,434-ü isə hava limanını tərk edən idi. == Tarixi == === İlk illəri === Hava limanı 1935-ci ildə bütün kiçik mülki və hərbi uçan gəmiləri üçün tikilmişdir. 1990-cı ilə qədər Qazaxıstan Mülki Aviasiya Şöbəsinin tərkibində olmuş və 1991-ci ildə "Alma-Ata Hava Limanı"-na çevrilmişdir. 1993-cü ildən bü günə qədər müstəqil biznes vahidi kimi işləyir. 1994-cü ildə "Almatı Hava Limanı ASC"-ə çevrilmişdir və daha sonra "Almatı Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
Alsancak limanı
İzmir limanı və Alsancak limanı — Türkiyənin İzmir şəhərində yerləşən dəniz limanı. İzmir körfəzində yerləşir. == Tarixi == İzmir Osmanlı İmperiyasının əhəmiyyətli liman şəhəri idi və burada ilk tikintilər 1869-cu ildə inşa olunmağa başlandı. Limanın özü 1955-1959-cu illər arasında tikildi. Liman ilk öncə Türkiyə Dəmir Yollarına məxsus idi. 1960-cı ildə isə DenizBank (dəniz işlərinə cavabdeh olan dövlət bankı) tərəfindən alındı. 1 yanvar 1989-cu ildə Türkiyə Dövlət Dəmir Yollarına geri təhvil verildi. 2007-ci ildə limanı özəlləşdirmə prosesi getsə də, hüquqi səbəblərə görə özəlləşdirmə dayandırıldı. 2017-ci ilin mart ayında Mayami limanı ilə qardaşlaşmış olundular. 2018-ci ildə liman infrastrukturu Türkiyə Sərvət Fonduna (türk.
Amblyseius limonicus
Ambrolauri Hava Limanı
Ambrolauri Hava Limanı (gürc. ამბროლაურის აეროპორტი) – Gürcüstanın Raça-Leçxumi və Aşağı Svaneti ərazisində yerləşən Ambrolauri şəhərinə xidmət edən kiçik bir hava limanıdır. 2017-ci ildən etibarən, hava limanı 30-50 sərnişin daşıya bilən təyyarə ilə xidmət göstərir.Hava limanını daha da genişləndirmək planı var. == Tarixi == Ambrolauri hava limanının tikintisi 2016-cı ilin avqustunda başlanıb və bu tikinti cəmi 4 ay müddətində davam etmişdir. İlk terminal 2017-ci ilin yanvar ayında açıldı. Aerodromun uzunluğu 1,1 kilometr, eni isə 30 metrdir. Terminal sahəsi 600 kvadratmetrdir və eyni vaxtda 50 sərnişini qəbul edə bilər. "Bu hava limanı yalnız hava limanı deyil, bu, ölkəmizdə həyata keçirilməsi planlaşdırdığımız böyük planlarımızın çox vacib bir hissəsidir", -Giorgi Kvirikaşvili yeni sərnişin terminalının açılış mərasimində bildirmişdi və bunun, yalnız bir başlanğıc olduğunu qeyd etmişdi. Baş nazir, Yeni hava limanını, Raça-Leçxumi bölgəsinə qapı adlandırmışdı. Hava limanı sayəsində bölgədə hər bir ailənin rifahına təsir göstərəcək turistlərin sayı artacaq.
Antalya Hava Limanı
Antalya Hava Limanı ((türk. Antalya Havalimanı, ИАТА: AYT, ИКАО: LTAI) — Antalyanın mərkəzindən 10 km şərqdə yerləşən Türkiyənin beynəlxalq hava limanı. Turistlərin ölkənin Aralıq dənizi sahillərinə, yəni Kəmər (Tekirova, Camyuva, Kiriş, Göynuk, Beldibi), Lara, Bələk, Side, Manavqat, Alanya bölgələrində yerləşən kurortlarına çatdırılması baxımından əhəmiyyətə malikdir. Xidmət göstərilən sərnişinlərin sayına görə ölkədə 3-cü, Avropada isə 15-ci yerdədir. 2015-ci ildə hava limanı 27 milyondan çox sərnişinə xidmət göstərmişdir. Bu Corendon Airlines, Pegasus Airlines və SunExpress üçün mərkəz hava limanıdır. Hava limanının ən yüksək sərnişin axını turistik yay mövsümünə əsasən Avropanın, o cümlədən Rusiyadakı demək olar ki, bütün böyük hava limanlarından çarter reysləri ilə gəlir. Mövsümdənkənar dövrdə nəqliyyatın həcmi və uçuşların sayı kəskin azalır, əsasən müntəzəm daşınmalar həyata keçirilir. Hava limanında bir daxili və iki beynəlxalq terminal var. Hava limanının inşası 2 il çəkmiş və 1998-ci ildə ilk sərnişinləri qəbul etmişdir.
Artemisia limosa
Artemisia limosa (lat. Artemisia limosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Astana Beynəlxalq Hava Limanı
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı (qaz. Astana Xalıqaralıq Äwejaýı) (IATA: NQZ, ICAO: UACC) — Astana şəhərindən 16,7 km cənub-şərqdə yerləşən beynəlxalq hava limanı. == Tarixi == Astananın ilk hava limanı 1931-ci ildə şəhərin kənarında tikilmişdir və İkinci Dünya müharibəsindən sonra daha da inkişaf edilmişdir. Ancaq Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına çevrilən yeni hava limanı, şəhərin cənubundan 11 kilometr məsafədə inşa edilmiş və noyabr 1963-cü ildə açılmışdır. Aeroflot və onun yerli müdirliyi tərəfindən böyük ölçüdə istifadə edilmişdir. 1997-ci ilin dekabrında Almatıdan Astanaya paylamanın ardından hava limanı bir sıra böyük təkmilləşdirmələrə məruz qaldı. Yaponiya memarı Kişo Kurokava tərəfindən hazırlanan yeni sərnişin terminalı 2005-ci ilin fevral ayında açılıb. Digər təkmilləşdirmə isə 2017-ci ildə Expo 2017-də ikinci bir terminalın açılması ilə baş verdi - bütün beynəlxalq uçuşlar bu yeni terminala köçdü. 2015-ci il ərzində sərnişin sayı 3,366,560-a çatıb. == Terminallar == Yerli və beynəlxalq uçuşlar üçün ayrı terminal binaları mövcuddur.
Atriplex limus
Azərbaycan hava limanları
Azərbaycandakı hava limanları siyahısı. == Hava limanları == Qalın olaraq göstərilmiş olan hava limanı adları aviaşirkətlər tərəfindən tarifeli səfərlər edilən hava limanları.
Azərbaycan hava limanları siyahısı
Azərbaycandakı hava limanları siyahısı. == Hava limanları == Qalın olaraq göstərilmiş olan hava limanı adları aviaşirkətlər tərəfindən tarifeli səfərlər edilən hava limanları.
Ağ liman(roman)
Ağ liman — Povest 1970-ci ildə xalq yazıçısı Anar Rzayev tərəfindən qələmə alınmışdır. == Haqqında == Anar Rzayevin yaradıcılığında povest janrı önəmli yerlərdən birini tutmaqdadır. Onun elə ilk iri həcmli əsəri də "Ağ liman" povesti olmuşdur. Bu povest Anar Rzayevin yaradıcılığında yeni bir səhifənin başlanğıcıdır "Ağ liman" əsəri Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), İranda, Slovakiyada, Çexiyada, Gürcüstanda, Misirdə və bir sıra ölkələrdə çap olunmuşdur. == Məzmunu == “Ağ Liman” povesti obrazlardan biri olan Nemətin yuxusu ilə başlayır. Nemət nəşriyyatda işləyən tərcüməçidir. və həyatda gördüyü hər bir şeyi dərindən müşahidə etmək bacarığı var. Nemət yuxusunda stansiyadadır, ailəsi və pişiyi ilə Bakıya getmək üçün altı ədəd qatar bileti almağı gözləyir. Bilet almaq növbəsi Nemetə çatır və Xəzinədar Səfdər dayı Nemətə Bakıya getmək üçün lazım olan biletləri vermək istəmir və bir neçə səbəb gətirir. O, Nemətin paltarlarının Bakıya getməyə uyğun hesab etmir və ona bir bilet verir.