1. bax vəz 1-ci mənada.
[Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim.
2. Nəsihət, öyüd.
[Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə şüru etdilər…
// Eyni mənada istehza ilə.
[Məsmə:] …[ərim] bir axşam mənim üçün bir moizə başladı.
□ Moizə etmək (oxumaq) isteh. – nəsihət vermək, öyüd vermək, uzun danışmaq.
Şeyda [Arazın] sözünü kəsdi: – Mən bura moizə etmək üçün gəlmədim.
[Vəli:] Ay Hüseyn, moizə oxuma, tez ol görək, Kəblə Cahangir küçədə gözləyir.