Mariya Muzıçuk
Mariya Oleqovna Muzıçuk (ukr. Музичук Марія Олегівна; 21 sentyabr 1992[…], Lvov) — Ukrayna şahmatçısı, qadın şahmatı tarixində 15-ci, ukraynalı qadın şahmatçıları arasında isə ikinci (Anna Uşeninadan sonra) dünya çempionu (6.4.2015–14.3.2016). İkiqat Ukrayna çempionu (2012, 2013). Ukraynanın qadınlardan ibarət yığmasının heyətində komandalar arası dünya (2013) və Avropa çempionatının (2013) qalibi. Qadınlar arasında qrosmeyster (2007), beynəlxalq usta (2008), qrosmeyster (2015).
== Şahmat karyerası ==
Mariya 2010-cu ilin noyabrında dünyanın beşinci ən yüksək əmsallı qadını oldu. O, 2010-cu il qadınlar arasında dünya çempionatında 16-cı oldu, amma əsas matç taybreykindən sonra Harika Dronavalliyə məğlub oldu.
2015-ci il qadınlar arasında dünya çempionatının ilk raundunda əsas oyunlarda Yuanlinq Yuan ilə heç-heçə etdi, sonra isə taybreykdə onu məğlub etdi. İkinci raundda Polşalı rəqibi Monika Sotsko ilə görüşdə də eyni mənzərə müşahidə olundu, əsas oyun heç-heçə bitdi, taybreyklərdə isə Mariya qələbə qazandı. Üçüncü raundda qadınlar arasında keçmiş dünya çempionu Antoaneta Stefanovanı klassik oyunlarda 1½–½ hesabı ilə məğlub etdi.