Natterer şəbpərəsi
Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü.
Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir.
== Yayılması ==
Avropada, Şimali Afrikada və Asiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir.
== Yaşayış yeri və həyat tərzi ==
Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir.
== Sayı ==
Nadir, azsaylı və az öyrənilmiş növdür.