Ceyhun Nəhmətov
Ceyhun Ehtiqad oğlu Nəhmətov (8 sentyabr 1994, Mərdəkan – 8 noyabr 2020, Ağbənd, Zəngilan rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Ceyhun Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur.
== Hərbi xidməti ==
2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir.