OLMAQ


1. Müstəqil feil kimi aşağıdakı mənalarda işlədilir: a) yaşamaq, sakin olmaq, ömür sürmək. İki il Bakıda oldum. O, yataqxanada olur.
Siz hansı küçədə olursunuz? – Mərcan xanım uzaqda olmurdu. T.Ş.Simurq;
b) mövcud olmaq, var olmaq.
İnsan olmasaydı nəyə gərəkdi; Sənin gözəlliyin, ana təbiət! M.Dilbazi;
c) iştirak etmək. Dərsdə olmaq. Qonaqlıqda olmaq. İclasda olmaq; ç) üz vermək, baş vermək, vaqe olmaq, əmələ gəlmək. Dünən balaca yanğın olmuşdu.
– Azad çırpınacaq bütün vicdanlar; Nə hicran olacaq, nə də intizar. S.Vurğun.
Qonşu, yenə nə olub? – deyə soruşdum. S.Rüstəm;
d) doğulmaq, dünyaya gəlmək, anadan olmaq. – Onun nəyi olub? – Bir qızı olub. Uşaqlar ekiz olub.
– …Münəvvər xanımın binadan-başdan uşağı olmurdu. Mir Cəlal.
Cavadla Zöhrə Aslan olandan sonra bir-birini daha da çox sevməyə başladılar. Ə.Vəliyev;
e) bir yerə gəlmək (getmək), bir yeri gedib görmək. Saat ikidə məktəbdə olacağam.
[Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.İbrahimov;
ə) yerləşmək, sığmaq. Şeylər çamadana olmur. Papaq başına yaxşı oldu; f) malik olmaq. Pulu olmamaq. Bağı olmaq. Maşını olmaq.
– Cəmi yeddiillik təhsili olan Gülaçar qızğın mütaliə həvəskarı idi. İ.Əfəndiyev;
g) mümkün olmaq, icazə verilmək. Gəlmək olarmı? İçəri girmək olar; ğ) bir haldan başqa hala keçilmək, dəyişmək. Su donub buz oldu. Od sönüb kül oldu.
[Gilənin] axşamdan basdırdığı qaratikan kötüyü lülə köz olmuşdu. Ə.Vəliyev;
h) gəlib çatmaq, yetişmək. Səhər oldu. Gecə yarı oldu.
– Bayram oldu, heç bilmirəm neyləyim? Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif.
Axşam hələ olmamışdı. S.Hüseyn.

2. Köməkçi feil kimi işlədilir: a) ixtisas və sənət mənası verən isimlərdən sonra gələrək, həmin ixtisas və sənətə yiyələnməyi, onunla məşğul olmağı bildirir. Müəllim olmaq. Həkim olmaq.
– Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya… C.Məmmədquluzadə;
b) isim, sifət və saylardan sonra gələrək həmin sözlərdən -lan
// -lən və -laş
// -ləş şəkilçilərinin əlavəsilə düzələn feillərin sinonimləri olan mürəkkəb feillər əmələ gətirir; məs.: xəstə olmaq (xəstələnmək), yaxşı olmaq (yaxşılaşmaq), qoşa olmaq (qoşalaşmaq), yoxsul olmaq (yoxsullaşmaq), şən olmaq (şənlənmək); c) bir sıra sözlərdən sonra gələrək mürəkkəb feil və ifadələr düzəldilir; məs.: bənd olmaq, xaraba olmaq, daxil olmaq, aşiq olmaq.
3. Oldu! şəklində – tabe şəxsin, verilən əmri, tapşırığı başa düşdüyünü və onu dərhal icra edəcəyini bildirən cavabı; baş üstə!
◊ Olan oldu (olub) – olub keçmiş, düzəlməsinə, islahına vaxt, imkan olmayan hadisə haqqında.
Olan oldu, keçən keçdi – keçmiş ola, artıq gecdir, keçənə güzəşt deyərlər.
Onlar deyən yalan oldu; Keçən keçdi, olan oldu. M.Müşfiq.
Yaxşı, olan oldu, keçən də keçdi; İndi fikrin nədir, de görək indi? S.Vurğun.

Ay oldu ha! – işin baş tutmayacağını bildirmək üçün işlədilən istehzalı ifadə.
Bir dəfə (kərə) də olsun – heç, qətiyyən, əsla, tamamilə. Bir dəfə də olsun işə gecikməyib.
– Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə bir kərə də olsun getməmişdi. S.Hüseyn.

(Bu) olmadı – bir fikir və ya təkliflə razılaşmadıqda etiraz ifadəsi kimi işlədilir. Bu olmadı, o bizim ən yaxşı operatorlarımızdandır.
Hər necə (cür) olursa olsun1) heç bir şeyə baxmayaraq. Hər necə olursa olsun getməlisən.
[Kor Seyid] hər necə olursa olsun arvadını aparacağını söyləyirdi. S.Hüseyn;

2) bax hər necə olsa.
Hər necə olsa – hökmən, mütləq, heç bir şeyə baxmayaraq. [Tubu:] Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır.
Ona niyə kömək eləməyəsən? Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OLMAQ OLMAQ Qonşu, yenə nə olub? – deyə soruşdum (S.Rüstəm); BAŞ VERMƏK [Konsul:] Son günlər bu küçə hadisələri çox tez-tez baş verir (M

Antonimlər (əks mənalı sözlər)

  • OLMAQ OLMAQ – ÖLMƏK Oldu ilə öldüyə çarə yoxdur (Ata. sözü)
OLMA
OLMALI
OBASTAN VİKİ
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Əmlaka sahib olmaq hüququ
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı. Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. == Xülasə == Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir .
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.

Digər lüğətlərdə