OKUŞ
OMAR
OBASTAN VİKİ
Fuad Oqtay
Fuad Oqtay (1964) – Türkiyə siyasətçisi, 2016-cı il iyunun 19-dan vitse-prezident təyin olunana qədər Türkiyənin Baş nazirinin müavini, 2018-2023-cü illərdə Türkiyənın vitse-prezidenti olub. TBMM 28-ci çağırış deputatıdır.
Nüsrətov Oqtay
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941, Bakı – 10 sentyabr 2021, Bakı) — texnika elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). == Həyatı == Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 === Əsas elmi nailiyyətləri === Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
Oqtay Məlikov
Oqtay Süleyman oğlu Məlikov (10 dekabr 1925, Bakı – 18 aprel 2006, Bakı) — Azərbaycanın istedadlı tarixçi-şərqşünas alimi və tərcüməçisi. 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən sonra Kommunist partiyası sıralarını tərk etmişdir. == Həyatı == Oqtay Məlikov 1925-ci il dekabrın 10-da Bakıda anadan olmuşdur. Atası tarixçi və tərcüməçi Süleyman Məlikov əslən Bakının Pirşağı kəndindən idi. 1943-cü ilin aprelindən 1944-ci ilin oktyabrına qədər Sovet Ordusu sıralarında qulluq etmişdir. 1944-cü ilin noyabrında ekstern surətdə Azərbaycan Dövlət Universiteti (ADU) Filoloji fakültəsinin şərq şöbəsinə daxil olmuşdur. 1945-ci ilin noyabrında təhsilini davam etdirmək üçün bir qrup tələbə ilə Moskva Şərqşünaslıq İnstitutuna göndərilmişdir. == Fəaliyyəti == 1949-cu ilin iyununda Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdır. 1954-cü ilin martında Moskvada "İranda Rza şah irtica diktaturasının qurulması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1954-cü ilin aprelindən ADU-nun tarix fakültəsində müəllim, 1960-cı ilin oktyabrından Azərbaycan Elmlər Akademiyası (EA) Şərqşünaslıq institutunun İran şöbəsinin baş elmi işçisi olmuşdur.
Oqtay Məmmədbəyov
Məmmədbəyov Oqtay Kamal oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Məmmədbəyov Oqtay Kamal oğlu 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1972-1982-ci illərdə adı çəkilən institutun "Neft və qaz quyularının qazılması" kafedrasının aspirantı olub. 1981-1997-ci illərdə "Maili və üfüqi quyuların qazılmasının texnika və texnologiyası" laboratoriyasında kiçik, böyük və aparıcı elmi işçi, laboratoriya rəhbəri olmuşdur. 1982-ci ildə "Qazıma alətini istiqamətləndirmədən quyuların azimutunun idarə edilməsi metodikasının tədqiqi və işlənilməsi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Qazıma prosesinin səmərəliliyinin artırılması məqsədi ilə mail quyuların əyilməsinin idarə edilməsinin nəzəri əsaslarının işlənilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1992-2002-ci illərdə Məmmədbəyov O.K. həmçinin ADNA "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 2002-ci ildən o ABŞ-da işləyərək, quyuların qazılması və bitirilməsi layihələrinə rəhbərlik edir. O Azərbaycanın qazmaçılar assosiasiyasının prezidentidir. == Elmi fəaliyyəti == Məmmədbəyov O.K. maili və üfüqi quyuların qazılması və bitirilməsi texnikası və texnologiyası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların əyilməsinə təsir edən faktorların tədqiqi; qazıma dəstəsinin dibinin tərtibatının layihə edilməsi; layihə və qazıma prosesinə nəzarət üçün proqram təminatı; qazıma prosesi parametrlərinin proqnozu; quyuların müasir bitirilmə sistemləri.
Oqtay Məmmədov
Oqtay Məmmədov (general-mayor)
Oqtay Nüsrətov
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941, Bakı – 10 sentyabr 2021, Bakı) — texnika elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). == Həyatı == Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 === Əsas elmi nailiyyətləri === Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
Oqtay Qasımov
Oqtay Qasımov (geoloq)
Oqtay Qasımzadə
Oqtay Murad oğlu Qasımzadə (29 aprel 1953–22 dekabr 2020) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Oqtay Qasımzadə 29 aprel 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1975-ci ildə MDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin ümumi topologiya və geometriya kafedrasının müdiridir.
Oqtay Şıxəliyev
Oqtay Yusif oğlu Şıxəliyev (3 sentyabr 1931, Bakı – 31 yanvar 2012, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə daxil olub. 8-ci sinfi bitirdikdən sonra 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdır, Respublika Gənclər festivalının qalibiolur. Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olur.
Oqtay Şəhriyarlı
Oqtay Şəhriyarlı — Azərbaycanlı şair-publisist. == Həyatı == 13 mart 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Şəhriyar kəndində anadan olub. İlk şeri 1974-cü ildə Masallı rayonunda çıxan "Çağırış" qəzetində çapdan çıxıb. 1976-1978-ci illərdə Sumqayıt şəhərində çıxan "Sosialist Sumqayıtı" qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. İstehsalatda çalışan insanlar daima O.Şəhriyarlının mövzusu olardı. 1974-cü ildən indiki dövrə qədər müxtəlif mətbuat orqanlarında şerləri çapdan çıxır. 2003-cü ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Bakı şöbəsinin üzvüdür. Hal-hazırda "Bütövlük" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiridir. "Şəhriyarda səkkiz ocaq" kitabı çapa hazırlanır. Ailəlidir, iki oğul,iki qiz atasıdır.
Oqtay Əfəndiyev
Oqtay Əliyev
Oqtay Əliyev (rejissor) — televiziya prodüseri, rejissoru, “Biz +” jurnalının təsisçisi. Oqtay Əliyev (zabit) — Azərbaycan zabiti.
Oqtay Əsədov
Oqtay Sabir oğlu Əsədov (3 yanvar 1955, Şəhərcik, Qafan rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2005–2019). == Həyatı == Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır. 11 iyul 2004-cü ildə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var. Samux Rayon İcra Hakimiyyətinin başçısş Alı Qocayev ilə qudadır.
Oqtay
Oqtay — ad. Oqtay Rəcəbov — Azərbaycan bəstəkarı. Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist Oqtay Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Oqtay Eldəgəz — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri.
Oqtay Quliyev
Oqtay Quliyev (22 sentyabr 1938, Ağdam) — Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü. == Həyatı == O. Quliyev 1938-ci ildə Ağdamda anadan olmuş, sənətə ilk addımını rayon musiqi məktəbində atmış, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini məmnuniyyətlə öyrətmişlər. Müəllimlərinin məsləhətilə Bakıya gəlmiş və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirmişdir. Burada məşhur sənət xadimlərindən Xalq artisti, professor Səid Rüstəmov və Xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri almışdır. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - Xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edir. İşlədiyi peşəkar kollektiv bu gənc tələbə üçün əsl sənət məktəbinə çevrilir. On il bu görkəmli kollektivdə çalışması, Səid Rüstəmov, Əhsən Dadaşov, Adil Gəray, Baba Salahov, Bəhruz Zeynalov və bir çox təcrübəli sənətçilərlə birlikdə işləməsi onun peşəkar musiqiçi kimi püxtələməsinə, ciddi sənət meyarlarına yiyələnməsinə, ifaçı kimi yetişməsinə müsbət təsir göstərir. 1958-ci ildə Dövlət Konservatoriyasına daxil olur. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası- açılır. Bu kafedra iki bölmədən ibarət idi: Xalq musiqisi nəzəriyyəsi və tarixi və Xalq çalğı alətləri orkestrinin dirijorluq sinifləri.
Oqtay Rza
Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) — azərbaycanlı şair, 1981-ci ildan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı. == Həyatı == Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960). 1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.
Oqtay Rəcəbov
Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor (1995), Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019), Azərbaycan SSR əməkdar müəllimi (1987). == Həyatı == Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Oqtay Rəfili
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. == Həyatı == Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Oqtay Sadıqzadə
Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21 fevral 1921, Xızı, Quba qəzası – 20 dekabr 2014, Bakı) — Azərbaycan təsviri sənətinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (1992), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002). == Həyatı == Oqtay Sadıqzadə 21 fevral 1921-ci il Xızıda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri- yazıçı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib. Təhsilini başa vurduqdan sonra Azərbaycan paytaxtı Bakıda “Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb. Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib.
Oqtay Salamzadə
Oqtay Salamzadə (azərb. Oqtay Məmmədhəsən oğlu Salamzadə‎; d.1 sentyabr 1930-cu il — ö. 2 aprel 2012-ci il) — nasir, dramaturq, ilahiyyatçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963), Jurnalistlər Birliyinin üzvü (1962), Respublika Ziyalılar Cəmiyyətinin fəxri doktoru (2000). == Həyatı == Oqtay Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953–1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959–1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963–1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib. Oqtay Salamzadə 1977–1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979–1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984–1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988–1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989–1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.
Oqtay Sinanoğlu
Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935, Bari – 19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı == Həyatı == Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır. 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır. == Fəaliyyəti == 1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır.
Oqtay Səfərov
Oqtay Əhməd oğlu Səfərov (15 may 1993; Saatlı rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oqtay Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Oqtay Səfərov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oqtay Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oqtay Səfərov noyabrın 3-deHadrutun azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. "Xocavendin azad olunmasına görə" medalı ilə təltif edilib.
Oqtay Səmədov
Oqtay Səmədov (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Oqtay Səmədov (pedaqoq) — Azərbaycan alimi. Oqtay Səmədov (fizik) — Azərbaycan alimi.
Oqtay Tağıyev
== Həyatı == Oqtay Bahadir oğlu Tagıyev 1958-ci il fevralın 10-da Bakı şəhərində anadan olub, 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir. O.B.Tağıyev 1981-2007-ci illddə AMEA-nın Fizika İnstitutunda disertant, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmişdir. Hal-hazırda O.B.Tağıyev Fizika İnstitutunda “Yarimkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası” laboratoriyasına rəhbərlik edir. Elmi əsərlərinin sayı –242 Xaricdə dərc olunan əsərlərinin sayı – 127 Beynəlxalq bazalarda indeksləşən jurnallarda(Web of Science Scopus və s.) dərc olunan əsərlərinin sayı – 106 İstinadlarının sayı –571, h-index= 12(Google scholar) ; 292, h-index= 7 (THOMSON REUTERS) Müəlliflik şəhadətlərinin və patentlərin sayı: –15 Elmi-pedaqoji fəaliyyəti: 5 il Azərbaycan Dövlət Nef və Sənaye Universitetində və 8 il Moskva Dövlət Universitetinin Bakı filialında pedaqoji fəaliyyət göstərir. Dil bilikləri – ana dili, rus və ingilis dili == Əsas elmi nəticələri == İlk dəfə olaraq çoxrəngli CaGa2S4 : Ce, Pr birləşməsinin fotolüminessensiya spektrində 469, 494,516, 539, 545, 610, 632, 653,742nm dalğa uzunluqlu maksimumlar müşahidə olunmuşdur. Göstərilmişdir ki, bu çoxrəngli fosfor 405-450nm intervalında şüalanan İnGaN göy işıq diodu ilə kombinasiya olunduqda ağ işıq mənbələri yaratmaq mümkündür. Müəyyən edilmişdir ki, 10-300K temperatur intervalında InGaN(λhəy= 367nm) işıq dioduyla CaxBa1-xGa2S4:Eu kristalını həyacanlandırdıqda şualanma intensivliyinin yüksək dərəcədə sabitliyi müşahidə olunur. Məhlulun tərkibində Ca miqdarının x=0.1-0.5 intervalında dəyişməsi ilə əlaqədar FL spektrindəki maksimum 506 nm-dən 531nm-ə qədər dəyişir. Müəyyən edilmişdir ki, CaxBa1-xGa2S4:Eu birləşməsinin tərkibində Ca miqdarının artması kristal sahəsinin artmasına səbəb olur ki, bu da Eu ionunun 5d orbitalının parçalanmasına və 4f65d-4f7 keçidinin enerjisinin azalmasına gətirir. İlk dəfə olaraq CaxBa1-xGa2S4:Eu2+ bərk məhlullarının FL-nın spektrlərinə və intensivliyinə temperaturun təsiri öyrənilmişdir.
Oqtay Xalloğlu
Oktay Xəlil oğlu Seyidov, Oqtay Xalloğlu (1959, Aslanbəyli, Qazax rayonu – 26 mart 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur. == Həyatı == Oqtay Seyidov 1959-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli Kəndində anadan olmuşdur. 1976-cı ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Universiteti bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başladı. 1982-ci ildən keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Ailə qurduqdan sonra Gəncə şəhərində yaşamışdır. 26 mart 2003-cü il tarixdə Daşkəsən Rayon Rərbi Komissarı polkovnik-leytenant Oktay Seyidov xidməti vəzifəsini yerinə yetirərkən yol qəzasında vəfat etmişdir. == Ailəsi == 1 qardaşı və 2 bacısı var.
Müəllif:Oqtay Nüsrətov
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941, Bakı – 10 sentyabr 2021, Bakı) — texnika elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). == Həyatı == Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 === Əsas elmi nailiyyətləri === Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
Oqtay Məmmədov (general-mayor)
Oqtay Məmmədov (tam adı:Oqtay İlyas oğlu Məmmədov; 17 iyun 1963, Ermənistan SSR) — Azərbaycanlı general-mayor, Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016). == Həyatı == Oqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı, beş nəvəsi var. == Fəaliyyəti == 1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur. 2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.
Oqtay Məmmədov (şəhid)
Oqtay Namiq oğlu Məmmədov (1 yanvar 1994; Gəncə, Azərbaycan — 8 noyabr 2020; Xankəndi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oqtay Məmmədov 1994-cü il yanvarın 1-də Gəncə şəhərində anadan olub. 2000-2011-ci illərdə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Oqtay Məmmədov 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. Azərbaycan Ordusunun əsgəri olan Oqtay Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oqtay Məmmədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı Xankəndi istiqamətində şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Oqtay Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Oqtay Məmmədov (əsgər)

Oqtay Qasımov (biofizik)
Qasımov Oqtay Kazım oğlu (4 avqust 1958, Zaqatala) — AMEA Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). == Həyatı == Oqtay Qasımov 1958-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. == Yaradıcılığı == === Kitabları === === Məqalələri === Gasymov O.K., Mamedov Sh.V., and L’vov K.M. Free-radical processes in the mechanical destruction of proteins. Polymer Science USSR, rev. art., 1992, 34, 3, 196-204. Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Structural changes in human tear lipocalins associated with lipid binding. Biochim.Biophys.Acta, 1998; 1386(1); 145-156. Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Resolution of ligand positions by site directed tryptophan fluorescence in tear lipocalin. Protein Science, 2000, 9, 2, 337-343. Gasymov OK, Abduragimov AR, Yusifov TN, Glasgow BJ. Site Directed Tryptophan Fluorescence Reveals the Solution Structure of Tear Lipocalin: Evidence for features that confer promiscuity in ligand binding, Biochemistry, 2001, 40, 14754-14762.
Oqtay Qasımov (geoloq)
Oqtay Qasımov (azərb. Oqtay Zeynal oğlu Qasımov‎; 10 yanvar 1934, Gəncə – 20 mart 2002) — geoloq. == Həyatı == === Təhsili === 1934-cü il yanvarın 10-da Gəncədə anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitununun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun olmuşdur. Təyinatla Neft Daşlarına işləməyə göndərilmişdir. == Fəaliyyəti == Neft Daşlarında işə usta köməkçisindən başlamışdı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi.
Oqtay Qasımov (professor)
Qasımov Oqtay Kazım oğlu (4 avqust 1958, Zaqatala) — AMEA Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). == Həyatı == Oqtay Qasımov 1958-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. == Yaradıcılığı == === Kitabları === === Məqalələri === Gasymov O.K., Mamedov Sh.V., and L’vov K.M. Free-radical processes in the mechanical destruction of proteins. Polymer Science USSR, rev. art., 1992, 34, 3, 196-204. Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Structural changes in human tear lipocalins associated with lipid binding. Biochim.Biophys.Acta, 1998; 1386(1); 145-156. Gasymov O.K., Abduragimov A.R., Yusifov T.N., Glasgow B.J. Resolution of ligand positions by site directed tryptophan fluorescence in tear lipocalin. Protein Science, 2000, 9, 2, 337-343. Gasymov OK, Abduragimov AR, Yusifov TN, Glasgow BJ. Site Directed Tryptophan Fluorescence Reveals the Solution Structure of Tear Lipocalin: Evidence for features that confer promiscuity in ligand binding, Biochemistry, 2001, 40, 14754-14762.
Oqtay Əfəndiyev (riyaziyyatçı)
Oqtay Əfəndiyev (tarixçi)
Oqtay Əbdülkərim oğlu Əfəndiyev (26 mart 1926, Bakı – 26 fevral 2013, Bakı) — Azərbaycan tarixçisi, şərqşünas, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi. == Həyatının erkən dövrü == Oqtay Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. === Təhsili === O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir. == Akademik fəaliyyəti == SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdır. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü olmuşdur. O. Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. O. Əfəndiyevin araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki heç tədqiq edilməmişdi.
Oqtay Əfəndiyev (Əbdülkərim oğlu)
Oqtay Əliyev (rejissor)
Oqtay Vidadi oğlu Əliyev (19 iyun 1968, İrəvan – 22 mart 2023, Saray, Abşeron rayonu) — O, televiziya prodüseri, rejissor idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. == Həyatı == Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğuldu. 1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirdi. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil almışdır. 1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olmuşdur. 1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.
Oqtay Əliyev (rəssam-dizayner)
Əliyev Oqtay Ərəstun oğlu (d. 1956) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının üzvü. == Həyatı == === Ailəsi === Oqtay Əliyev 1956-cı ilin 1 oktyabrında Sabirabad rayonunun Surra kəndində doğulub. Atası Ərəstun Əliyev ibtidai sinif müəllimi olmuşdur. Anası Xanbəyim Əliyeva olmuşdur. 3 qardaşı və 2 bacısı var. Hal-hazırda evlidir və 2 oğlu var. === Təhsili === Orta məktəbi qurtarandan sonra 2 il tanınmış rəssamların emalatxanalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdir. 1975-1977-ci illərdə uzaq Sibirdə hərbi xidmətdə olmuş, xidməti dövründə də rəssam kimi çalışmışdır. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıtmışdır.