1. bax pak.
[Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram…
2. məc. Yaxşı, gözəl, qəşəng.
[Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi.
Bu yaxında Məşədi Şərbətəlinin yaxşı, pakizə restoranı var.
□ Çox pakizə – çox yaxşı, çox gözəl (bir şeyi bəyənmək, yaxud bir sözü təsdiq etmək məqamında işlənir).
[Soltan bəy:] Çox gözəl, çox pakizə! Balam, heç sənin insafın-zadın yoxdur?
[Rəhim bəy:] Çox gözəl, çox pakizə! Elə mənim də axtardığım beləsi idi.