Qar adamı
Qar adamı, yeti, saskvoç və ya biqfut (ing. big - böyük, foot - ayaq) — Yerin müxtəlif hündür dağ və meşə ərazilərində rast gəlinən , əfsanəvi varlıqdır. Bir çoxları onu gördüklərini desələr də , amma hələ onun mövcudluğunun tam təsdiqi tapılmayıb. Fikirlər var ki, bu müqəddəs(bəzi yerlərdə elə sayılır) hominid məməlilərə aid olan, insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Karl Linney onu Homo troglodytes (mağara adamı) kimi təyin etmişdir.
== Xarici görünüşü ==
Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əllləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır.