Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı.
□ Qar anbarı – yayda işlənmək üçün qar saxlanılan yeraltı anbar.
Qar çovğunu – bərk küləkli qar.
Dondum heyrət içində iki ay ərzində siz; Min fəryadı dinləyib bir ah da çəkmədiniz! Bakıda qar çovğunu… pəncərə buz, şüşə buz; Gözləriniz mavi buz.
Qar kimi – ağappaq, dümağ, süd kimi ağ.
Ağarmış saçları dağda qar kimi; Ürəkdə həsrəti, dərdi var kimi…
Salatın isə geniş açılmış gözləri ilə qarşısındakı qocanın ay işığında qar kimi ağaran ağ saqqalına baxaraq, donub qalmış, sanki qızın nitqi tutulmuşdu.
Qar olmaq – ağarmaq.
Dağlar başı qar oldu; Bulud gəldi, tar oldu; Dünya mənim başıma; Nədən belə dar oldu? ( ).
Vaxtsız ayrılığa dözmədi qəlbi; Ağardı saqqalı, saçı qar oldu.
Qar uçqunu – uca dağlarda qar yığınının altı əridiyi zaman, birdən aşağıya doğru sürüşüb enən qar yığını.
Qarlı dağlar dumanlara bürünür; Parlayır, sislər içrə xoş görünür; Birdən ordan qar uçqunu uçdu; Bərk səs ilə guruldayıb düşdü.
Əbədi qar – uca dağların başındakı əriməyən qar.