1. Üfüqi halda bir neçə təbəqə; lay-lay, çin-çin, təbəqə-təbəqə. Qatqat yığılmış kitab. Qat-qat yoğurulmuş fətir.
// Qatlar, laylar halında.
Bitki materiallarını qurudarkən onları qat-qat nazik halda sərib gündə 1-2 dəfə çevirirlər.
2. Bir neçə dəfə, dəfələrlə. Qat-qat artıq. Qat-qat üstün. Qat-qat yaxşı.
– Dərsə xan sevinəcək, öyünəcək, oğluna məhəbbəti qatqat artacaqdır.
Özlərindən qat-qat çox olan kərtənkələ rəngli düşmənlə əlbəyaxa, ölüm-dirim çarpışmasında idilər.