QAŞQALDAQ

Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır. Mənbələrdə qaşqa aldaq, qaş­qa­al­laq, qaşqalaq formalarında yazılıb və “лысая утка (daz ördək)”, ya da “su to­yu­ğu” kimi açıqlanıb. Qaşqa bütün hallarda “ağ” mənası ilə bağlıdır. Mən­bə­lərdə “daz “(лысый) mənasında qırbaş sözü də var. Ehtimal ki, bu qırbaş “qaş­qa”ya çevrilib. “Седой” mənasında qırğı, “седеть” mənasında kajay sözləri olub. Qırğı kajay kəlmələrinin qaşqa formasına düşməsi mümkündür. Güman edi­rəm ki, sözün sonundakı daq (laq) hissəsi leylək kəlməsinin ixtisarından ibarətdir: quş qaşqa leylək adlanıb. Qaşqa sözünün sinonimi sakar (saqqar), Anadolu türklə­rin­də isə akıtma sözüdür. Qaşqaldağa həm də sakarbalaq (ehtimal ki, “ayaqları ağ” deməkdir) deyiblər. Qazax rayonunda saqqar sözü indi də “qaşqa” mə­na­sında işlədilir (saqqar qoçu bəri gətir). Bəzi dillərdə kaçay sözü “седой” mə­nasında işlədilir. Deməli, qaşqa (kacay) sözünün bir mənası “ağ” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAŞQABAQ
QAŞQAY
OBASTAN VİKİ
Qaşqaldaq
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Adi qaşqaldaq
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü. Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.

Digər lüğətlərdə