– Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda, ağaclar altında çox xəzəl olan yerdə qururduq.
Möhkəm sarılmış keçi qılı sicim [xanın] biləklərini zəncir kimi kəsdi.
◊ Qıl kimi – çox nazik, çox incə.
Qüssəsindən başımın qıl kimi incəlmiş tənim.
Elə ki həşərat yavuq gəldi, buqələmun nazik qıl kimi dilini çıxarıb həşərat tərəfə uzadır.
Qıl qədər – azacıq, lap az, zərrə qədər.
Qıldan asılmaq – əmanətə bənd olmaq, bir təsadüfdən asılı olmaq, təhlükə altında olmaq.
[Sona xanım:] Gecələr sübhədək quru öskürək məni boğur; ürəyim qıldan asılır, indi qırılar, bir saatdan qırılar, – deyirəm.
Qılı qıldan seçmək – incədən incəni seçmək, ən xırda şeyi seçmək, görmək.
Aralarından qıl keçməmək – çox yaxın, mehriban dostlar haqqında.
…Cavanlıqdan ta Kərbəlayı Heydər ölən günə kimi Xudayar bəy ilə onun arasından qıl keçməzdi.