qırıcı-kəşfiyyatçı

qırıcı-kəşfiyyatçı
qırıcı-bombardmançı
qırıq
OBASTAN VİKİ
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Çoxməqsədli qırıcı
Çoxməqsədli qırıcı — müharibə zamanı fərqli məqsədlər üçün istifadə edilən döyüş təyyarələri. Bu cür qırıcılar havadan kəşfiyyat, hava sahəsinə nəzarət və radioelektron mübarizə, bombardman, yaxın hava dəstəyi kimi tapşırıqları yerinə yetirirlər.
Adil Rüstəmov (kəşfiyyatçı)
Bayram Bayramov (Kəşfiyyatçı)
Bayram Bayramov (Bayram Sabir oğlu Bayramov; 1 yanvar 1968, Göyçə gölü hövzəsi[d] – 28 aprel 2014, Tümen vilayəti) — Azərbaycan kəşfiyyatçısı, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri. == Həyatı == Bayram Bayramov 1968-ci il yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur. 1986-cı ildə sovet ordusu sıralarına çağırılmış, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub H.Z.Tağıyev qəsəbəsində yerləşdirilmişdir). Ali təhsilini başa vurmaq üçün Minskə gedən B.Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir. 1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir. 1994-cü il mayın 8-də Azərbaycan-Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür. 2014-cü il aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur. == Ailəsi == Ailəli olan Bayram Bayramovun bir övladı var. == Döyüş yolu == Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir.
Elxan Hüseynov (kəşfiyyatçı)
Elxan Hüseynov (12 mart 2000, Qaradağ rayonu – 13 dekabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş İkinci Qarabağ müharibəsi şəhidi . == Həyatı == Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün olan Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə Qaradağ rayonununda anadan olub. Atası Maarif Hüseynov Cəbrayıl rayonu, Daşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun , Yusifcanlı kəndindəndir. Orta məktəbi bitirdikdən snra 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirmişdir. == Hərbi xidməti == Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi..
Əlihüseyn Hüseynov (kəşfiyyatçı)
Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (d. 15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – ö. 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib. O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Daşaltı əməliyyatında iştirak edib. == Qarabağ müharibəsindən sonra == O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub. === Ölümü === 2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib. Badamdar qəbiristanlığında dəfn edilib. === Şəxsi həyatı === Ailəli idi, 3 övladi var.
Beşinci nəsil qırıcı
Beşinci nəsil qırıcı — 2016-cı il üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır. Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var. Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki,tam və dəqiq müəyyən olunmayıb. Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır. Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlərdə, ABŞ və SSRİ-də başlanılmışdı. Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır: F-22 (2005-ci ildə) və F-35B (2015). F-35-in A və C növlərinin, həmçinin PAK FA, HAL AMCA, Sukhoi/HAL FGFA, TAI-TFX, Chengdu J-20 və J-31 qırıcılarının üzərində işlər getməkdədir. == Beşinci nəsil qırıcıya olan tələbatlar == Beşinci nəsil qırıcıların əsas göstəriciləri: Radiolokasiyanın və İnfraqırmızı şüalanma dalğalarının köməyi ilə təyyarəni müəyyən etmək mühüm dərəcədə çətinləşir. Təyyarənin sensorları yüksək gizlilik və passiv iş rejiminə keçir. Çoxfunksiyalılıq.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
Qırıcı təyyarələr üçün NATO kod adları siyahısı
SSRİ və Çin istehsalı olan qırıcı təyyarələr üçün NATO kod adları