RACA
RÁDA
OBASTAN VİKİ
"Nuhçıxan" radiosu
"Radioquraşdırma" zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
AMEA Radiasiya Problemləri İnstitutu
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. == Tarixi == Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir. == Elmi fəaliyyət == === Elmi problemlərin tədqiqi istiqamətləri === Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi == Beynəlxalq fəaliyyət == === Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Əlaqələri === АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
Acherontia atropos radiata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acmella radicans
Acmella radicans (lat. Acmella radicans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella radicans var. radicans Ceratocephalus exasperatus (Jacq.) Kuntze Sanvitalia longepedunculata M.E.Jones Spilanthes botterii S.Watson Spilanthes exasperata Jacq. [Illegitimate] Spilanthes exasperata var. cayennensis DC. Spilanthes exasperata var. exasperata Spilanthes leucophaea Sch.Bip. ex Klatt Spilanthes ocymifolia var. acutiserrata A.H.Moore Spilanthes radicans Jacq.
Acmella radicans var. radicans

Actinoseris radiata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. == Sinonimləri == Ingenhusia radiata Vell.
Adaptiv radiasiya
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması. == Xüsusiyyətlər == Adaptiv radiasiyanı müəyyən etmək üçün dörd xüsusiyyətdən istifadə edilə bilər: Komponent növlərinin ümumi əcdadı: xüsusilə də yeni nəsil. Qeyd edək ki, bu, ortaq bir əcdadın bütün nəslinin daxil olduğu monofiliya ilə eyni deyil. Fenotip-mühit əlaqəsi: mühitlər və bu mühitlərdən istifadə etmək üçün istifadə olunan morfoloji və fizioloji əlamətlər arasında əhəmiyyətli bir əlaqə. Xarakter faydası: xasiyyət dəyərlərinin müvafiq mühitlərdə performans və ya uyğunluq üstünlükləri. Sürətli spesifikasiya: ekoloji və fenotipik fərqliliyin davam etdiyi dövrdə yeni növlərin yaranmasında bir və ya bir neçə partlayışın olması. == Şərtlər == Adaptiv şüalanmaların ekoloji fürsət və ya yeni uyğunlaşma zonası tərəfindən yaradılması düşünülür. Ekoloji imkanların mənbələri antaqonistlərin (rəqiblər və ya yırtıcılar) itirilməsi, əsas yeniliyin təkamülü və ya yeni mühitə səpələnməsi ola bilər. Bu ekoloji imkanlardan hər hansı biri əhalinin sayının artması və rahat stabilləşdirici (məhdudlaşdırıcı) seçimlə nəticələnmə potensialına malikdir.
Ajax radians
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Aleksandr Radişev
Aleksandr Nikolayeviç Radişev (rus. Алекса́ндр Никола́евич Ради́щев); 20 (31) avqust 1749[…], Radişevo[d], Penza qəzası[d] – 12 (24) sentyabr 1802[…], Sankt-Peterburq) — rus filosof, şair və nasiri. == Həyatı == Uşaqlığı atasını kəndəki əmlakıda keçib. Onun atası həmçinin də Radişevin ilk müəllimi olub. Latın, pol, fransız və alman dillərinə bələd idi.1756- ci ildə Aleksandr Moskva universitetinə atası tərəfindən Moskvaya göndərilir (A.M.Arqamakov 1755-1757-ci ilədək univrsitenin direktoru idi).1762-ci ildə Elizabetta II taç taxma mərasimində,Radişev Peterburqda paji korpusuna göndərildi. 1802- ci ildə vəfat etmişdir. Radişevin dünyagörüşünün formalaşmasında fransız materialistlərinin əsərləri mühüm rol oynamışdır. Radişev fəlsəfənin əsas məsələrini materialistcəsinə həll edərək, aləmin dərkinin hüdudsuzluğu ideasına tərəfdar çıxmışdır. Aləm hissi qavrama, təcrübə və zəka vasitəsi ilə dərk edilir. Materiyanın əsas xüsusiyyətləri varlıq, hərəkət, zaman və məkandır.
Alfred Radklif-Braun
Alfrеd Radklif – Brаun (1881-1955)—Böyük Britaniya etnoqrafı, sosial antropoloqu. == Həyatı == Alferd Recinald Radklif Braun (1881-1955) – ingilis sosioloqu və XX əsrin birinci yarısının ən məşhur antropoloqlarından biri Radklif Braun Birminqemdə Kral Edvard orta məktəbində oxumuş, həmin məktəbin təqaüdçüsü olmuşdur. İmtahandan lazımı nəticəni toplayan Braun, Tirinti kollecinə qəbul olur və 1906-cı ildə oranı fərqlənmə ilə bitirir. Əvvəllər təbiətşünaslığı seçsə də, onun tyutoru U. Rauz Ball onu sosial elmlərə yönəltmişdir. 1905-ci ildə o, sinif siyahısında birinci olmaqla bakalavr dərəcisini aldı. Universitetdə oxuyarkən, Redkliff Braun belə qənaətə gəldi ki, sosial elmlərdə təbitərşünaslığın metodlarından istifadə oluna bilər. O bir müddət İngiltərədə işlədikdən sonra, Keyptaun, Sidney, Çikaqo və Oksford universitetlərində kafedra müdiri vəzifəsində çalışmışdır. Radklif Braun həmçinin Çin və Brazilya universitetlərində mühazirələr oxumuş İsgəndiyyədə sosial tədqiqatlar instituna başçılıq etmişdir. Hələ Sidneydə olarkən Avstraliya milli tədqiqat şurası ilə birlikdə “Okeaniya” jurnalını çap etdirmiş, jurnala bir müddət rəhbərlik etmişdir.1937-ci ildə Londona qayıtmış və Oksford universitetində Sosial Antropologiya kafedrasına rəhbərlik etmişdir. 1946-cı ilə qədər bu vəzifəni icra etmiş, 1955 -ci ildə isə vəfat etmişdir.
Allium raddeanum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Anemone raddeana
Anemonoides raddeana (lat. Anemonoides raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone raddeana Regel === Heterotipik sinonimləri === Anemone maximowiczii Juz. Anemone raddeana subsp. glabra Ulbr. Anemone raddeana var. glabrata Nakai Anemone raddeana subsp. villosa Ulbr.
Anemonoides raddeana

Anna Radklif
Anna Radklif (Ann Radcliffe; 9 iyul 1764[…] – 7 fevral 1823[…], London) - Məşhur ingilis yazıçı. Qorxu ədəbiyyatının banilərindən hesab olunur. == Həyatı == Anna Radklif - 9 iyul 1764-cü ildə İngiltərədə anadan olmuş məşhur yazıçıdır. Londonun Holborn şəhərində, William Ward (1737-1797) və Ann Oatesin (1726-1800) qızları olaraq dünyaya göz açmışdır. Gənc yaşlarından etibarən ədəbiyyata yönəlmiş, qorxu-məhəbbət janrında əsərlər qələmə almışdır. 1787-ci ildə, jurnalist və redaktor olan William Radkliflə ailə həyatı qurmuşdur. 1794-cü ildə Hollandiya və Almaniyaya səyahət etmiş və bu səyəhətlərinin təəssüratlarını qələmə aldığı yazıları, daha sonra 1795-ci ildə "Avropa Səyahətləri" adıyla yayımlanmışdır. Yazıçılıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq daim gözdən kənar yaşadığı üçün həyatı haqda seyrək məlumatlar mövcuddur. Odur ki, ingilis şairəsi "Christina Rosseti" onun bioqrafiyasını əks etdirən bir kitab qələmə almağı düşünmüş lakin məlumat çatışmazlığından dolayı bu cəhd baş tutmamışdır. Astma xəstəliyindən əziyyət çəkən yazıçı, 7 Fevral 1823-cü ildə, 58 yaşında həyata gözlərini yummuşdur.
Anthurium radiatum
Anthurium radiatum (lat. Anthurium radiatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Aqnyeşka Radvanska
Aqnyeşka Roma Radvanska, pol. Agnieszka Roma Radwańska (d. 1989, Polşa) — tennisçi. Aqnyeşka Radvanska atasının istəyi ilə 4 yaşından tennislə məşğuldur. 2012-ci ilin iyulunda ilk dəfə reytinqdə 2-ci pilləyə yüksəldi, amma mövsümü 4-cü sırada bitirdi. Olduqca zəhmətkeş idmançı “Uimbldon”da finala kimi irəliləyib, ancaq həlledici görüşdə üç setin yekununda ABŞ-lı Serena Uilyamsa uduzdu. Uğurlu mövsüm keçirməsi sayəsində bir neçə sanballı reklam müqavilələri bağlayıb ki, bu sırada “Lexus”la anlaşma xüsusi vurğulanmalıdır. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Arteria radialis
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. == Şaxələri == said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Avto Radio (Azərbaycan)

Azərbaycan Dövlət Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi

Azərbaycan Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Digər lüğətlərdə