RAFİ

«rafe» sözündən düzəlmiş, «yüksələn, qaldıran, ucaldan» deməkdir.
RAFƏT
RAFİ
OBASTAN VİKİ
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. == Həyatı == Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Acer rafinesquianum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Hacı Hacıyev Rafiq oğlu
Hacı Rafiq oğlu Hacıyev ( ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirmişdir. == Hərbi xidməti == 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ildə hərbi xidmətini bitirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === İkinci Qarabağ müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Konstantin Samuel Rafinski
Konstantin Samuel Rafinski, (ing. Constantine Samuel Rafinesque-Schmaltz, 22 oktyabr 1783[…], Konstantinopol – 18 sentyabr 1840[…], Filadelfiya, Pensilvaniya)19-cu əsrdə Fransada özünü yetişdirmiş polimat. Gəncliyində ABŞ-yə səyahət etdikdən sonra 1815-ci ildə Ohayoda məskunlaşmış və botanika, zoologiya və Şimali Amerikada tarixdən əvvəl yaşamış sivilizasiyalar haqqında elmi sahədə töhfələri olmuşdur.
Mehmed Rafiq Əfəndi
Mehmed Rafiq Əfəndi (1814 – 18 aprel 1871, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Muvakkit, Târîh-i Bosna, Sarajevo Orijentalni Institut, nr. 3459, IV, 74. Devlet-i Aliyye-i Osmâniyye Salnâmesi (1294), def‘a 32, s. 83. Sicill-i Osmânî, II, 415. İlmiyye Salnâmesi, s. 596–599. Mehmed Handžić, Književni Rad Bosansko-Hercegovačkih Muslimana, Sarajevo 1934, s. 18–19.
Rafiq Bağırov
Rafiq Möhvət oğlu Bağırov — Azərbaycanlı şəhid. == Həyatı == Bağırov Rafiq Möhvət oğlu 1970-ci ildə Gədəbəy rayonunun Hacıalılar kəndində, kolxozçu ailəsində anadan olmuşdur. 1987-ci ildə şəhid E.İsgəndərov adına Hacıalılar kənd tam orta məktəbini bitirmişdir.1988-1990-cı illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidməti başa vurmuş və 1991-ci ildən könüllü olaraq döyüşlərdə iştirak etmişdir. R.Bağırov Ağdərə, Şınıx, Başkənd döyüşlərində fəallıq göstərmişdir.28 fevral 1993-cü ildə Başkənd döyüşlərində şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rafiq Bəyverdiyev
Rafiq Bəyverdiyev (tam adı: Rafiq Nurməhəmməd oğlu Bəyverdiyev; 1 iyun 1998; Qusar, Azərbaycan — 20 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2005-2016-cı illərdə Qusar rayonunun Cibir kənd orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rafiq Bəyverdiyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda, Rafiq Bəyverdiyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Silah yoldaşları tərəfindən Rembo Rafiq ləqəbini qazanıb. Rafiq Bəyverdiyev oktyabrın 20-də şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdə götürüldü və ailəsinə təhvil verildi.
Rafiq Dadaşov
Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). == Həyatı == Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953–1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib. 1963-cü ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Rafiq Feyzullayev
Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən). == Həyatı == Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970). 1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib. Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib.
Rafiq Fərəcov
Rafiq Fərəcov — Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru. == Həyatı == Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. == Ailə vəziyyəti == Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə mətbuatdan başlayan Rafiq Fərəcov 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunan “Dostluq” rayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib. Sonra qaçqınlıq həyatı başlayır və 1988–ci ildən Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur. Onun 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” qəzeti ilə bağlıdır. Rafiq Fərəcov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rafiq Hacıyev
Rafiq Hacıyev (güləşçi) — sovet sərbəst güləşçisi. Rafiq Hacıyev (şəhid) — Birinci Qarabağ müharibəsi şəhidi.
Rafiq Hacıyev (güləşçi)
Rafiq Sultan oğlu Hacıyev (doğ. 31 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet sərbəst güləşçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi". == Həyatı == Rafiq Hacıyev 31 may 1947-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildən güləşlə məşğul olmağa başlayıb. Bir il sonra yarışlarda debüt edib. 1963-cü ildə Bakı çempionatının qalibi, Azərbaycan SSRİ çempionatının isə bürünc mükafatçısı olub. 1966-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. Hacıyev idman dairələrində tanındığından, iki il yarım Şimali Qafqaz qoşunları ordusunun idman klubunda qulluq edib. 1970-ci ildə Avropa çempionatında qızıl, 1973-cü ildə isə isə gümüş medal qazanıb. 1970-ci ildə SSRİ kubokunda qızıl medal qazanıb.
Rafiq Hacıyev (şəhid)
Rafiq Kərəm oğlu Hacıyev (28 may 1966; Çəmbərək rayonu, Ermənistan — 5 yanvar 1994; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsi şəhidi. == Hərbi xidməti == Rafiq Hacıyev 1993-cü ildə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü yollanıb. Müxtəlif rayonların və strateji obyektlərin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. 1994-cü il Yanvar ayının 5-i Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı şəhid olmuşdur.
Rafiq Heydərov
Rafiq Rahim oğlu Heydərov (1 iyul 1995, Binəqədi rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq Rahim oğlu Heydərov 1 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda anadan olmuşdur. Orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlamışdır. AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Təcrübə-Sənaye Zavodunun rezidenti olmuşdur. == Hərbi xidməti == 2016-2017-ci illərdə Qusar rayonunda "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun könüllü əsgəri olan Rafiq Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. II Fəxri Xiyabanda dəfn edilmişdir. == İrsi və xatirəsi == 2021-ci ildə Rafiq Heydərovun adına salınmış bulağın açılış mərasimi keçirilib.
Rafiq Hümmət
Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) - şair, publisist, tərcüməçi. == Həyatı == Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1983-1985). Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1986-1991). 1991-ci ildən etibarən bir müddət (1991-1999) "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. Gürcüstan Respublikası prezidentinin Fəxri fərmanı ilə təltif olunub (1997). 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan", "Həyat" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.
Rafiq Hüseyn oğlu Nəsrəddinov
Rafiq Hüseyn oğlu Nəsrəddinov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 18 mart 1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur və Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır. == Döyüşlərdə iştirakı == Təcrübəli döyüşçü olması cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank bölüyünün rəisi vəzifəsinə təyin edilir.
Rafiq Hüseynli
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, Dağlıq Qarabağ – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. == Filmoqrafiya == Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Rafiq Hüseynov
Rafiq Hüseynov (aktyor) — aktyor Rafiq Hüseynov (diktor) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, kino redaktoru, Azərbaycan Respublikasının xalq artistı.
Rafiq Hüseynov (aktyor)
Rafiq Mirzəcan oğlu Hüseynov (24 aprel 1941 – 19 avqust 2018) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (1991). == Həyatı == 24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub. 25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib. 20 sentyabr 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 19 avqust 2018-ci ildə vəfat edib.
Rafiq Hüseynov (diktor)
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, Dağlıq Qarabağ – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. == Filmoqrafiya == Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Rafiq Hüseynov (güləşçi)
Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir. == Həyatı == Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar.
Rafiq Hüseynov (idmançı)
Rafiq Radik oğlu Hüseynov (16 may 1988; Daşkənd, Özbəkistan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rafiq Hüseynov 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. O, həmçinin 2021-ci ildə Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rafiq Hüseynov 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına sahib olub. O, həm də 2011, 2020 və 2022-ci illərdə Avropa Çempionatının qızıl medallarını qazanıb. Rafiq Hüseynov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Karyerası ərzində 70 beynəlxalq yarışa qatılan Rafiq Hüseynov onların 17-də qızıl medal, 15-də gümüş medal, 13-də isə bürünc medal qazanıb. Rafiq Hüseynov həmçinin Müdafiə Nazirliyinin zabitidir. == Həyatı == Rafiq Radik oğlu Hüseynov 1988-ci il mayın 16-də Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindən olan Hüseynovlar ailəsi, 1989-cu ildən Azərbaycanda yaşamağa başlayıblar.
Rafiq Hüseynzadə
Rafiq Hüseynzadə (uroloq) — uroloq, tibb elmləri doktoru
Rafiq Hüseynzadə (şair)
Rafiq Məhəmməd oğlu Hüseynzadə (1 iyun 1948, Sarıyaqub, Basarkeçər rayonu – 2 dekabr 1971, Qazax) — Azərbaycanlı şair, həkim-onkoloq. Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist, SSRİ Jurnalistlər Birliyinin üzvü Tofiq Hüseynzadənin qardaşı, Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin əmisidir. Rafiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir. == Həyatı == Rafiq Məhəmməd oğlu Hüseynzadə 1 iyun 1948-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur. === Təhsili === Rafiq Hüseynzadə kiçik yaşdan elmə böyük həvəsi olmuş, 1955–1965-ci illərdə Sarıyaqub kənd orta məktəbində təhsil alaraq, oranı əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1965–1971-ci illərdə orada ali təhsil almışdır. O, elmdə qazandığı nailiyyətlərlə yanaşı, ictimai fəallığı ilə digər tələbə yoldaşlarından həmişə öndə olmuş, 6 il ali təhsil aldığı müddətdə qrup nümayəndəsi olmuş, 1971-ci ildə İnstitutu onkoloq-cərrah ixtisası ilə, əla qiymətlərlə başa vurmuşdur. 02.08.1971-ci il tarixdən Qazax rayon xəstəxanasında onkoloq–həkim kimi fəaliyyətə başlamışdır. == Fəaliyyəti == 1967-ci ildən şeir yaradıcılığına başlamış, qısa müddətdə şeirləri ilə tələbə yoldaşları və İnstitut kollektivi, böyük oxucu kütləsi arasında şöhrət qazanmışdır. İnstitutda təşkil olunmuş "Çeşmə" ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuş, şeirləri müsabiqələrdə birincilik qazanmış, Tibb İnstitutunun "Tibb kadrları uğrunda" qəzetində çoxsaylı şeirləri dərc edilmişdir. Rafiq Hüseynzadə şeirlərini "Rafiq Hüseynov", "Rafiq Məmmədoğlu", "Məmmədoğlu Rafiq", yaxud da qısaca "R. Hüseynov", "M. Rafiq" imzaları ilə qələmə almış, həmin adlarla da qəzetlərdə nəşr olunmuşdur.
Rafiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. == Həyatı == Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır. Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür.
Rafiq Həşimov
Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Ailəlidir, bir qızı var. == Fəaliyyəti == Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur.

Digər lüğətlərdə