RAQUB

istəyən, rəğbət bəsləyən, arzulayan, qoruyan; biri ilə rəqabət edən, inkar edən; mühafizəçi.
RAQİMƏ
RAQUF
OBASTAN VİKİ
Raqub Məmmədov
Raqub Allahverdi oğlu Məmmədov (9 avqust 1961, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. 1983–1986-cı illərdə Ağdam Rayon "İnqilab" üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986–1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987–1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991–1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir. 1993–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.06.2018-ci il tarixli sərəncamına əsasən: R.A.Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsindən azad edilib.
Raqub Əliyev
Raqub Kərimov
Raqub Şahmar oğlu Kərimov (22 mart 1928, Ağdam, Əhmədağalı kəndi, Azərbaycan Respublikası) — Azərbaycan ədəbiyyatşünası, şərqşünas, filologiya elmləri doktoru, professor, tərcüməçi == Həyatı == Raqub Şahmar oğlu Kərimov 22 mart 1946-cı ildə Azərbaycanın Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Şərqşünaslıq" fakültəsinə daxil olmuş, 1971-ci ildə orada "Fars dili və ədəbiyyatı" ixtisası üzrə tam kursu bitirmişdir. 1967–1970-ci illərdə tərcüməçi kimi Əfqanıstana ezam olunmuşdur. 1971-ci ildə Universiteti bitirib Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışmış, 1973–1975-ci illərdə ikinci dəfə tərcüməçi kimi Əfqanıstana ezam olunmuşdur. 1976-cı ildə Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunda müəllim kimi əmək fəaliyyətiinə başlamışdır. 1982-ci ildə filologiya elmləri namizədi adını almaq üçün "XIX əsrin ikinci yarısı farsdilli Azərbaycan poeziyası" mövzusunda dissertasiya müdafiə etmişdir. 1986-cı ildə dosent elmi adını almışdır. 1991–2001-ci illərdə ADPU-nun Şuşa filialında Tarix-filologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2001-ci ildən 2003-cü ilə qədər ADPU-nun Ağcabədi tədris məntəqəsinin müdiri vəzifəsində işləmişdir.