SÜAL
SÜBAİ
OBASTAN VİKİ
Kristian Süb
Kristian Süb (28 iyul 1985) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kristian Süb Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Alatoran. Saqa: Sübh (II hissə) (film, 2012)
Alatoran. Saqa: Sübh (II hissə) (ing. The Twilight Saga: Breaking Dawn — Part 2) 2012-ci ildə Stefani Mayerin eyni adlı əsəri əsasında çəkilmiş ABŞ istehsalı olan dram, melodram və döyüş filmidir. == Məzmun == Bella artıq vampirdir. İndi onun qarşısında Edvardla birgə əbədiyyət var. Bellanın Rinesme adında qızı var. Ceykob isə Rinesmenin ən yaxın dostu və məsləhətçisidir. Lakin Kallenlərin bu sevinci uzun çəkmir. Beləki, Voulturi Rinesmenin ölümsüz olduğunu fikirləşir. Vampir anlayışında isə ölümsüz uşaq yaratmaq qəti surətdə qadağandır.
Alatoran. Saqa: Sübh (I hissə) (film, 2011)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. The Twilight Saga: Breaking Dawn Part – 1) 2011-ci il Amerika istehsalı olan Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş 4-cü filmdir. == Məzmun == Bella Svon artıq hamilədir. İndi o yarı-insan, yarı-vampir övladını dünyaya gətirmək arzusundadır. Lakin onun bu istəyinə Edvard və digər Kallenlər mane olurlar. Çünki bu çox təhlükəlidir. Çıxılmaz vəziyyətdə olan Bellaya gözləmədiyi anda Rozali kömək edir. Lakin onlar bilmirlərki bu işin axırı faciə ilə qurtara bilər.
Alatoran: Sübh (dəqiqləşdirmə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2) Alatoran romanlar seriyasın dördüncü cildin — Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran: Sübh (film)

Ağbulaq (Sübhanverdi)
Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. == Toponim == Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan su və bulaq sözlərindən ibarətdir. == Həmçinin bax == Ağbulaq (Göyçə) Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri.
Bazar Küçəsi Sübh Çağı (1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bazar küçəsi sübh çağı (film, 1898)

Boris Yeltsin: Sübhdən toranadək
Boris Yeltsin: Sübhdən toranadək (rus. Борис Ельцин: от рассвета до заката Sovet partiya məmuru və Rusiya prezidenti işlədiyi dövrdə Boris Yeltsinin əvvəlcə şəxsi cangüdəni, daha sonra Prezidentin mühafizə xidmətinin rəisi olmuş Aleksandr Korjakovun xatirələr kitabıdır. 1997-ci ildə çap olunmuş kitabda Yeltsinin və ailəsinin şəxsi həyatı, siyasi hadisələr və həmçinin pərdəarxası intriqalarla bağlı maraqlı məqamlar yer alır. Korjakovun iddiasına görə, prezidentə yaxın olan oliqarx Boris Berezovski bu kitabı çap etməmək üçün ona 5 milyon dollar təklif etsə də, müəllif razılaşmamışdır. == Xarici keçidlər == Александр Коржаков.
Cəfər Sübhani
Cəfər Sübhani Təbrizi (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Cəfər Sübhani Təbrizi) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Təhsili == == Müəllimləri == == Yaradıcılığı == == Əsərləri == İslam tarixi (İslam Peyğəmbərinin (ə) həyatı) Əbədiyyət Nuru == Həmçinin bax == Məhəmməd Fazil Lənkərani Məkarim Şirazi Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi.
Həmdulla Sübhi Tanrıövərin
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi. == Həyatı == "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub. == Fəaliyyəti == Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsi ilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi. Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Həmdullah Sübhi Tanrıövər

Memmedli Sübhan
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.
Riyazi sübut
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Sübhan Əzizov
Sübhan Məmməd oğlu Əzizov (17 yanvar 1999; Dayıkənd, Salyan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Əzizov 1999-cu il yanvarın 17-də Salyan rayonunun Dayıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tələbəsi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Sübhan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Laçının, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sübhan Əzizov noyabrın 6-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Noyabrın 7-də Salyan rayonunun Dayıkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sübhanlı (Meşkinşəhr)
Sübhanlı (fars. صبحان لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (6 ailə).
Sübhanqol (Auırqazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqul (Avurğazı)

Sübhanqulu xan Qacar
Sübhanqulu xan Qovanlı-Qacar — İrəvan qalasının rəisi, İrəvan xanı Hüseynqulu xan Sərdarın qardaşı oğlu və kürəkəni. == Hərbi fəaliyyəti == II Rusiya-Qacar müharibəsinin gedişində 1827-ci ildə generallar İvan Paskeviçin və Bekendorfun İrəvan qalasına hücumları zamanı qalaya rəhbərliyi Sübhanqulu xan edirdi. 1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə əsas rusların qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının müşayiəti ilə İrəvan xanlığı istiqamətində yürüşü başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı. Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla danışıqlar apardığını öyrəndi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə, Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). == Ədəbiyyat == Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
Sübhi Mürsəliyev
Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979; İsmayıllı, Azərbaycan — 30 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı Suqovuşanın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Sübhi Salayev
Salayev Sübhi Haşım oğlu (1927 – 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan EA-nın akademiki (1989). == Həyatı == Sübhi Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Döv­lət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. == Əmək fəaliyyəti == Sübhi Salayev 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır.
Sübhi Şıxlinski
Sübhi Osman oğlu Şıxlinski — fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi.[mənbə göstərin] 1964-cü ildə Azərbaycanın Şəmkir şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alan S.Şıxlinski 1990–1993-cü illərdə Məhəmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində fəlsəfə və sosiologiya fənləri üzrə dərs deyib. Daha sonra yenidən Moskvaya qayıdan həmyerlimiz burada elmi fəaliyyətini davam etdirərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 1996-cı ildə siyasi texnoloq kimi Rusiya Federasiyasında prezident seçkiləri keçirilərkən B.N.Yeltsinin seçki qərargahına, milli diasporlarla, dini qurumlarla və soydaşlarla işlər şöbəsinin rəisi vəzifəsinə dəvət edilib. Rusiya hökumətinin müxtəlif mükafatlarına layiq görülən soydaşımıza 2007-ci ildə Rusiya Prezidenti V.V.Putinin fərmanına əsasən, üçüncü dərəcəli həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.