1. Az soyuq, ilıq ilə soyuq arası. Sərin hava. Sərin su. Sərin çeşmə. Sərin meh.
– İtlər, çobanlar meşələrə, sərin kölgələrə çəkilmişdilər.
Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən.
// is. Sərin hava, sərin yer. Sərində oturmaq. Sərində yola düşərik. Sərinə çəkilmək.
– …Ətəyindən tutmuş və axşam sərinində titrəşən körpələr bir az da [Səriyyə xalaya] qısıldılar.
□ Sərin düşmək – hava bir qədər soyumaq, sərinləşmək.
Axşamlar sərin düşəndə əhali küçələrə tökülür.
2. məc. Arası soyuq, incik, incimiş.
Əzizim, nə dərindi; Dəryalar nə dərindi; Mən yara nə dedim ki; O mənimlə sərindi? ( ).
Yarpız isə çox sərin (z.) və etinasız cavab verirdi.
◊ Sərin baxmaq – laqeyd olmaq, ürəyi yanmamaq, vecinə gəlməmək.
Yad yığılıb sərin baxar, ağlamaz; Qərib öldüm, bikəs öldüm, ad öldüm.
Ürəyini sərin saxlamaq – bax ürəyinə sərin su səpmək.