1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq.
Padşah bunların ağıl-dərrakəsin görüb, yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına. ( ).
[Vaqif:] Nifrət! Qan çanağı taclara nifrət; Var olsun azadlıq, bir də məhəbbət!
2. məc. Padşah hakimiyyəti. Tacdan əl çəkmək. İmperiya dağılır, taclar düşür.
3. məc. Taca oxşayan, tacı xatırladan şey.
// Bəzi quşların başında daraq şəklində çələng.
// Zinət üçün başa qoyulan çələng və s.
[Qəmər:] Bunlardan tac hörüb sənin başına qoyacağam.
[Səvər:] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər.
4. məc. Son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında.
Sən mənim həyatım, ömrüm, tacımsan.
Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq həyat ağacıdır.
5. astr. Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi; halə. Tam Günəş tutulma zamanı xromosferin parlaq gümüşü rəngli geniş təbəqə ilə əhatə olunduğunu görürük.
Buna Günəş tacı deyilir.
6. bot. bax taccıq.
◊ Başına tac qoymaq məc. – yaxşı işə, münasibətə qarşı yaxşılıq etmək.