Taxıl
Taxıl – bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır:
əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir;
darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı;
Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur.
== Çılpaq dənli bitkilər ==
Çılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur. Çılpaq dənli bitkilərdə meyvə və toxum qılafı, aleyron təbəqəsi, endosperm və rüşeym vardır.
Meyvə qılafı – (perikarpiy) bir neçə qat toxumalardan ibarətdir: epidermis, epikarpiy, mezokarpiy və endokarpiy. Meyvə qılafı yarımşəffafdır, tərkibində sellüloza, pentozanlar, pektin maddəsi, mineral maddə, az miqdarda şəkər, azotlu maddə və yağ vardır. Çılpaq taxıl bitkilərində bütöv dənin 5-6%-ni, qabıqlı dənli bitkilərdə isə 2-4%-ni təşkil edir.
Toxum qılafı – (perispermiy) 2 qatdan ibarətdəir: 1. Piqmentli qatda boya maddələrindən antosianlar (qırmızı), flavonlar (sarı) və xlorofil (göy-yaşıl) vardır; 2.