taya-taya
tayacıq
OBASTAN VİKİ
Topa Qalası
Topa Qalası — Şərur rayonunun Axura kəndində şərqdə, Havuş kəndinin cənub tərəfində,hündür dağ zirvəsində qala == Haqqında == Axreoloji təqdiqatlar nəticəsində iri daşlardan inşa edilmiş qala divarlarının izləri aşkar olunmuşdur. Qala ərazisindən,əsasən,şirsiz saxsı məmulatı,həmçinin şirli qab hissələri, metal əşya qalıqları tapılmışdır. Tapıntılar XI- XVIII əsrəsrlər üçün səciyyəvədir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 562. ISBN 5-8066-1468-9.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. == Tarixi == Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Taya mağaraları
Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado) – Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir. == Tarixi == Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir. Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur. 1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır.
Taya (film, 1980)
== Məzmun == Yalançı və fırıldaqçı tülkü yeni hiylə işlədərkən ifşa olunur, dostlar yoldaşlarını hiyləgər tülkünün əlindən qurtarır, onu bəladan xilas edirlər, beləliklə də tülkünün növbəti fəndi baş tutmur. Burada dostluğun gücü tərənnüm olunur. Filmdə deyilir ki, əgər dostlar olmasa, tülkü kimi hiyləgərlər öz yeni hiylələri ilə çox fitnə-fəsad törədərlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenarinin Müəllifi: Toğrul Cuvarlı Rejissor: Əsgər Məmmədov Quruluşçu Rəssamlar: Əsgər Məmmədov, Reyn Raydme Operator: Ramiz Ağayev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamları: Yuri Meşşeryakov, Rauf Dadaşov, Arifə Hatəmi, Solmaz Hüseynova, Gülşən Quliyeva Montaj edən: Lidiya Vyalsova Redaktor: D.Tahirova Filmin direktoru: E.Şirinov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.