UNIFORM

uniform1

n forma (paltar); school ~ məktəb forması; a military / police ~ hərbi / polis forması; The hat is part of (the) school uniform Papaq məktəb formasının bir hissəsidir

uniform2

adj 1. yeknəsəq, cansıxıcı, darıxdırıcı; ~ life cansıxıcı həyat; 2. eyni; yekcins; ~ cargo yekcins yük; to keep the room at a ~ temperature otağı eyni temperaturda saxlamaq; 3. müntəzəm, bir bərabərdə, bərabər (sürət, hərəkət və s. haq.)

UNIFIED
UNIFORMED
OBASTAN VİKİ
Məktəb uniforması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Uniforma
Uniforma (lat. forma "forma", lat. uniformis "eyni"), mundir — eyni tikilişli, parça tipi və xüsusi xidməti geyim. Məqsəd ictimaiyyətdə mundir daşıyıcısının mənsub olduğu struktur haqqında vahid təsəvvür yaratmaqdır. XX əsrdən bəri bəzi məktəblərdə şagirdlər arasında sosial bərabərliyi təmin etmək üçün şagirdlərin mütləq məktəb uniforması geyinməsi tələb olunur.