1. Ananın bacısı.
[Sultan bəy:] Xalanın muzdu o olar ki, canı rahat olar.
Budaq xalasının danışığını maraqla dinləyir, gözünü ondan çəkmirdi.
2. Qoca və ya yaşlı qadına müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir.
Sürmə xala lap qol zoruna Narıncı geyindirirdi.
Ehtiyat xala dəmiryoldan xeyli uzaq … səfalı yaylaq şəhərində yaşayırdı.
◊ Xala xətrin qalmasın – könülsüz, ürəksiz, istəmədən görülən iş və ya deyilən söz haqqında.
[Həmzə:] [Səriyyədən] xala xətrin qalmasın, deyə soruşuruq, yoxsa ona kim qulaq asır.
[Vaqifin] arvadı Qızxanım sabahdan bircə dəfə onun yanına gəlib, xala xətrin qalmasın deyə ərinin halını soruşub, yenə çəkilib getmişdi.