XOX

I
межд. разг. ирон. ой! Xox, qorxdum səndən! Ой, испугался я тебя
II
сущ. см. hədə-qorxu ; угроза. Xox gəlmək см. hədə-qorxu gəlmək
XOFSUZLUQ
XOXAN
OBASTAN VİKİ
Xoxan (film, 2014)
Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub. == Məzmun == "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Xoxanaberd
Xanabert qalası və ya Xoxanabert — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. == Tarixi == XIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar. Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər." Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.
Xoxştetter adaları
Xoxştetter adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət arxipelaq. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar kiçikdən böyüyə doğru şimal-qərbdən cənub-şərqə uzanır. == Təsviri == Arxipelaqa daxil olan ən qərbdə yerləşən ada Albatros adlanır. O bir qayadan ibarətdir. Maksimal hündürlüyü 44 metrdir. Mərkəzdə yerləşən sahəsinə görə ikinci böyük ada Orta Xoxştetter adasıdır. Onun maksimal hündürlüyü 10 metrdir. Şərqdə yerləşən və arxipelaqın ən böyük adası isə Cənubi Xoxştetter adasıdır. Onun maksimal hündürlüyü 181 metrdir.
Xoxan (film)
Xoxan — rejissor Samir Kərimoğlunun filmi. Nizami Kino Mərkəzində filmin təqdimatı olub. == Məzmun == "Xoxan" filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Milli mifologiyada "xoxan" sözü "xortdan" sözünün qısaldılmış forması kimi başa düşülür. Bu bəladan qurtarmaq üçün qadın yaşadıqları villanı satmaq qərarına gəlir. Amma cin bu işin alınmasına mane olur. Villanın satışıyla məşğul olan evsatan (rieltor), cinin qızın bədənindən qovulmasını yüz min manat pul mükafatı qarşılığında iki məşhur baxıcı — avantürist Rəftar və Qəhrəmana təklif edir. Və sonra nələrin baş verəcəyini heç kim bilmir...
Yelena Xoxlatkina
Yelena Xoxlatkina (ukr. Олена Анатоліївна Хохлаткіна; 28 yanvar 1968, Xerson vilayəti) — Sovet və Ukrayna kino və teatr aktrisası, Ukraynanın Xalq artisti (2008). == Bioqrafiyası == Yelena Xoxlatkina 1968-ci ildə Xerson vilayətində anadan olub. Məktəbdən sonra 1989-cu ildə bitirdiyi Xerson mədəni-maarif məktəbində (A. A. Kaqanovun emalatxanası) oxumuşdur. Yelena Xoxlatkina yaradıcılıq fəaliyyətinə 1989-cu ildə Xerson Vilayət Ukrayna Musiqili və Dram Teatrının səhnəsində başlamış və 1999-cu ilə qədər burada çalışmışdır. 1996-cı ildə Ukraynanın əməkdar artisti adını aldı. 1997–1998-ci illərdə Adıge Respublikası (Maykop) Rus Dram Teatrında aktrisa işləyib.

Digər lüğətlərdə