YALE

Yale

n Yeyl Universiteti

YAKUT
YAMMER
OBASTAN VİKİ
Yale Hüquq Məktəbi
Yale Hüquq Məktəbi (YLS) — Konnektikut ştatının Nyu-Heyven şəhərindəki özəl tədqiqat universiteti olan Yale Universitetinin hüquq fakültəsidir . 1824-cü ildə yaradılmışdır. 2020–21-ci illərdə müraciət edən tələbələrin yalnız 4%-i qəbul təklifi almışdır ki, bu da ABŞ-dakı hüquq fakültələri arasında ən aşağı göstəricidir. Habelə qəbul təklifi alan tələbələrin 87%-i digər qəbul aldıqları hüquq məktəblərinə nəzərən Yale Hüquq Məktəbini seçdiyindən, bu göstərici ABŞ-də hüquq məktəbləri arasında ən yüksək göstəricisidir. Yale Hüquq Məktəbinin məzunları arasında prezidentlər Cerald Ford və Bill Klinton və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da daxil olmaqla hüquq və siyasət sahəsində bir çox tanınmış simalar var. Məzunlar arasında həmçinin ABŞ Ali Məhkəməsinin hazırkı hakimləri Klarens Tomas, Samuel Alito, Sonia Sotomayor və Brett Kavanaugh, həmçinin Abe Fortas, Potter Stüart və Bayron Uayt da daxil olmaqla bir çox keçmiş hakimlər; Almaniya prezidenti Karl Karstens, Filippin prezidenti Xose P. Laurel və Malavinin keçmiş prezidenti Peter Mutharika da daxil olmaqla bir sıra dövlət başçıları; ABŞ senatorları, qubernatorları və rəsmiləri; və ABŞ-ın ən yaxşı on dörd hüquq fakültəsindən dördünün, o cümlədən : Pensilvaniya Universiteti Hüquq Məktəbi, Virciniya Universiteti Hüquq Məktəbi, Şimal-Qərb Universiteti Hüquq Məktəbi və Corctaun Universitetinin Hüquq Mərkəzinin hazırkı dekanları yer almaqdadır. == Tarixi == === 21-ci əsr === Hüquq fakültəsinin 15-ci dekanı Harold Koh (2004–2009) əvvəlki iyirmi il ərzində formalaşmış ənənəyə əsaslanaraq insan hüquqlarını hüquq fakültəsinin işinin mərkəzinə çevirmişdir. 23 mart 2009-cu ildə Ağ Ev Kohu ABŞ Dövlət Departamentinə hüquq məsləhətçisi təyin etmişdir. Robert C. Post onun yerinə hüquq fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. == Akademik mühit == === Mədəniyyət === Qurum elmi yönümlü olması ilə tanınır; onun məzunlarının nisbətən böyük bir hissəsi (9%) məzun olduqdan sonra beş il ərzində akademiyada karyera seçir, nisbətən az bir hissəsi (46%) məzun olduqdan beş il sonra hüquq firmalarında işləməyi seçir.