ZAMANƏ
ZAMƏDDİN
OBASTAN VİKİ
Zamanxan Hüseynov
== Həyatı == Hüseynov Zamanxan İmanxan oğlu 12.04.1954 ci ildə Lerik rayonunun Xanagah kəndində anadan olmuşdur. 1961 ci ildə Xanagah kəndində ibtidai məktəbə getmişdir. O dövrdə kənddə tam orta məktəbin olmamasından, 1965 ci ildə qonşu kənd olan Bülüdül kəndinə 8 illik məktəbə getmişdir. 1969-1971 ci illərdə Yardımlı rayon Hamarkənd kənd orta məktəbinə gedərək orta məktəbi uğurla, əla qiymətlərlə bitirmişdir, helə həmin il V.İ .Lenin adına Pedoqoji İnstitutun Kimya fakultəsinə daxil olmuşdur. İnstitut dövüründə özünün mədəni,savadlı olması ilə tələbələr arasından seçilmişdir, institutu uğurla bitirdikdən sonra,müəllimləri və fakültə dekanının xahişi ilə institutda qalmaq istəsədə,Valideyinlərinin təkidi ilə 1975 ci ildə kəndə qayıdaraq Bülüdül kənd orta məktəbində və eyni zamanda Xanagah kənd 8 illik məktəbində kimya müəllimi kimi fəaliyyətə başlamışdır. 1979 ci ildən 1983 ci ilə kimi Xanagah kənd məktəbində direktor işləmişdir.Elə müəllim fəaliyyətinə başlayan ilk illərdən Zamanxan müəllimin savadı,insanlığı rayon səviyyəsinə kimi gedib çıxmışdır,öz dərs proqramını max.dərəcədə şagirdlərinə çatdıran, öyrədən sayılıb seçilən hörmətli müəllimlərdən olmuşdur,bunu onun şagirdləri,müəllim yoldaşları,onu tanıyanlar və kənd cammatı bildirir. Zamanxan müəllim,dəfələrlə Bakı şəhərində müəllimlərin qurultayında iştirak etmiş,rayon təhsil şöbəsində təşəkkür və tərifnamələrlə təltif edilmişdir. Onun hər kəsdən fərqli özəlliyi və istedadı onda idi ki, o, sərbəst şəkildə ərəb hərflərini öyrənərək sərbəst,səhvsiz Qurani Kərim kitabını oxuya bilirdi,dinə bağlılığı onu ibadətdən də kanar saxlamırdı, ömrünün axırına kimi ibadət etmişdir,Quran oxumuşdur,müəllim olasan, öz pəşəvi sevəsən,ali məktəbə uşaqlar hazırlayasan,bir saat belə vaxtın olmaya və birdə Quran kitabını sərbəst özün öyrənib səhvsiz oxuyasan,barmaqla sayılası insanlar var belə,biridə Zamanxan müəllim adında bir Şəxsiyyət olub.Zamanxan müəllim 35 illik müəllimlik fəaliyyətində,dərs deyərək savad verdiyi,yetişdirərək ali məktəblərə daxil olan,hal-hazırda müxtəlif yerlərdə,şirkətlərdə,dövlət idarələrində və.s işləyən çoxlu sayda şagirdləri var == Ailəsi == Zamanxan müəllim ailədə də gözəl ailə başçısı, gözəl ata olmuşdur. 8 uşaq atası olan Zamanxan müəllimin 3 oğlu vardır, oğlanları onun yolunu davam etdirərək, onun müəllimliyi ilə,onun öyrətdiyi elm ilə orta məktəbi uğurla başa vuraraq ali məktəblərə daxil olmuşdular. Oğlu, Təmkin Hüseynov məhz onun davamçısı olaraq Azərbaycan Pedoqoji İnstitutun Kimya Biologiya ixtisasını uğurla bitirərək müəllimlik adını almışdır və əvvəlcə Lerik rayonu Bülüdül kənd orta məktəbində,daha sonra isə Bakı şəhəri rayonların birində orta məktəbdə savadlı,yetişdirdiyi şagird və ali məktəb tələbələriylə sayılıb seçilən müəllim olaraq hal-hazırda fəaliyyət göstərir.