ÇİNAR
ÇİNGİZ
OBASTAN VİKİ
Çinarə
Çinarə — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Sərşiv bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il üzrə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 433 nəfər və 101 ailədən ibarət idi.
Çinarə Köçəriyeva
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. == Həyatı == Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
Çinarə Köçərli

Çinarə Məlikzadə
Çinarə Məlikzadə (11 oktyabr 1990, Bakı) — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. == Həyatı == Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib. == Yaradıcılığı == Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb. O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb. Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.