ÇÖRƏKİTİRƏN

sif. Başqasının zəhmətini, yaxşılığını unudan, çörəyi dizinin üstündə olan; nankor. [Səməd:] Mən çörəkitirən adam deyiləm.
Atanın yaxşılığına qarşı sizi darda qoymaram. C.Cabbarlı.
[Əsgər bəy:] Bayaqdan Ataşı qınayırıq ki, nacinsdir, çörəkitirəndir. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇÖRƏKİTİRƏN çörəkitirən bax nankor
ÇÖRƏKXANA
ÇÖRƏKQABI

Digər lüğətlərdə