Ömər Öcalan
Ömər Öcalan (1987, Ömərli[d], Şanlıurfa ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı.
== Həyatı ==
Ömər Öcalan 1987-ci ildə Şanlıurfa ilinin Halfeti ilçəsində anadan olub. Ankara Universiteti Ünsiyyət Bölməsindən məzun olub.
DBP, HDP və DEM üzvü olub. 2014-2016-cı illərdə Bölgələr Partiyası (BDP) Mardin il şöbəsinin həmsədri olub.
2018 və 2023-cü illərdə Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci və 28-ci çağırışlarda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın qardaşı oğludur.