ÖZGÜ

1) xas olan, xarakterik, səciyyəvi; 2) ayrılmış, nəzərdə tutulmuş, məxsus; bu bahçe çocuklara özgüdü – bu bağça uşaqlara məxsusdur
ayrılmış, xarakterik, xas, məxsus, səciyyəvi
ÖZETLEMEK
ÖZGÜN
OBASTAN VİKİ
Özgü Namal
Məlahət Özgü Namal (28 dekabr 1978, Üsküdar, İstanbul ili) — Türkiyənin kino, serial və teatr aktrisası. == Həyatı == 28 dekabr 1978-ci ildə Üsküdarda anadan olub. Salonikidən olan anası Akile Namal təqaüdçü dövlət qulluqçusu, Makedoniyadan olan atası Kubilay Namal isə təqaüddə olan tacirdir. 1997-ci ildə Masal Real Teatrında uşaq tamaşaları ilə peşəkarcasına fəaliyyətə başlayıb. Namal Üsküdar Cümhuriyyət Liseyini və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Fakültəsini bitirib, daha əvvəl Kadıköy Xalq Təhsili Mərkəzində və Müjdat Gezen Teatrında aktyorluq təhsili alıb. Kino və teatr onun ən böyük həvəsi olsa da, fotoqrafiya da hobbiləri arasındadır. O , Qurdlar Vadisi serialındakı Elif Eylül obrazı ilə məşhurdur. 2005-ci ildə Afife Teatr Mükafatlarında "Kiralık Oyun" adlı tamaşada oynadığı ikinci plan rolu ilə ilin ən uğurlu musiqili-komediya aktrisası mükafatını qazandı. 2009-cu ildə yayıma başlayan və 2011-ci ildə finala çıxan Hanımın Çiftliği serialında baş rolu Mehmet Aslantuğla paylaşıb. Bundan əlavə, 2006–2010-cu illər arasında 4 il Axess reklamlarında çəkilib.
Veysəl Özgür
Veysəl Özgür (türk. Veysel Özgür) (d. 1877, Trabzon – ö. 1931, Ankara) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-ci ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1899-cu ildə oranı bitirərək hərbi xidmətə başlamışdır. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 28 oktyabr 1920-ci ildə Anadoluya gedərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 26 mart 1924-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 3 noyabr 1941-ci ildə İstanbulda vəfat etdi.
Özgür Ozan
Özgür Ozan (5 yanvar 1966, Bolu) — türk aktyor. == Həyatı == İzmir Dövlət Teatrı, İzmir Uşaq Teatrı və Beynəlxalq Teatr Topluluğunda müxtəlif oyunlarda rol alıb. 1985-ci ilə qədər profesional olaraq basketbol oynayıb. Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər fakültəsi aktyorluq bölməsini bitirib. Bursa Dövlət Teatrında oyunlarda rol alıb. İstanbul Pınar Uşaq Teatrında xidmət edib. Uşaqlar eşitməsin adlı teleserialda canlandırdığı, yüngül qılıbıq Səlami personajı ilə tanınır hala gəlib. Hələ də Kanal D-də yayımlanan Arxa küçələr teleserialında "Başkomisər Hüsnü Çoban" rolunu canlandırır. Evlidir və iki uşaq atasıdır.
Özgür Çevik
Özgür Çevik (27 may 1981, Ankara). Türk kino aktyoru.
Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı. == Həyatı == Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür. Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.
Özgürcan Çevik
Özgürcan Çevik (d. 24 oktyabr 1983, Ankara, Türkiyə)-Türkiyəli aktyor. Daha çox Şevkat Yerimdar rolu ilə tanınır. == Həyatı == 24 oktyabr 1983-cü ildə Ankarada dünyaya gələn Özgürcan Çevik, 1989 ilində girdiyi Ahmet Vefik Paşa İbtidai məktəbindən 1994 ilində məzun oldu. 1994-1998 illərində Ankara Çayyolundaki M.E.V. Özəl Köksal Toptan Litseyinin orta məktəbində oxuyub məzun oldu. 1998-2001 illərində Ayrancı Litseyin'də oxudu. 2001 ilində girdiyi Hacettepe Üniversitetində Turizm-mehmanxana bölməsindən 2004-cü ildə məzun olub. Ardınca 2004-2009 illəri arasında Bilkent Üniversitesi M.S.S.F. Teatr-aktyorluq bölüməsini bitirdi. eməktəb qurtaranda Ankara Sanat Tiyatrosu'nda işə girdi və burada rol aldığı Kod Adı: Kəklik tamaşası ilə X. Lions Teatr mükafatlarında ən yaxşı köməkçi aktyor mükafatını aldı.
Özgürcan Çəvik
Özgürcan Çevik (d. 24 oktyabr 1983, Ankara, Türkiyə)-Türkiyəli aktyor. Daha çox Şevkat Yerimdar rolu ilə tanınır. == Həyatı == 24 oktyabr 1983-cü ildə Ankarada dünyaya gələn Özgürcan Çevik, 1989 ilində girdiyi Ahmet Vefik Paşa İbtidai məktəbindən 1994 ilində məzun oldu. 1994-1998 illərində Ankara Çayyolundaki M.E.V. Özəl Köksal Toptan Litseyinin orta məktəbində oxuyub məzun oldu. 1998-2001 illərində Ayrancı Litseyin'də oxudu. 2001 ilində girdiyi Hacettepe Üniversitetində Turizm-mehmanxana bölməsindən 2004-cü ildə məzun olub. Ardınca 2004-2009 illəri arasında Bilkent Üniversitesi M.S.S.F. Teatr-aktyorluq bölüməsini bitirdi. eməktəb qurtaranda Ankara Sanat Tiyatrosu'nda işə girdi və burada rol aldığı Kod Adı: Kəklik tamaşası ilə X. Lions Teatr mükafatlarında ən yaxşı köməkçi aktyor mükafatını aldı.
Əli Özgündüz
Əli Özgündüz (10 oktyabr 1965, İğdır) — Azərbaycan əsilli türk siyasətçi. Cümhuriyyət Xalq Partiyasının İstanbul III bölgədən TBMM-nin XXIV çağırış deputatıdır. == Həyatı == Əli özgündüz 1965-ci ildə İğdırın Duzluca bölgəsində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun ailəsi Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Gəncə şəhərindən köçmüşdür. İstanbul Universitetinin hüquq fakültəsindən 1986-cı ildə məzun olmuşdur. İngiliscə və azərbaycanca bilir. Ailəlidir, iki övladır var. == Fəaliyyəti == Universiteti bitirdikdən sonra sıra ilə İspir, Aşkale, İlgin, Körfəz, Küçükçəkməcə, Kayseri və Eyüpdə dövlət prokuror kimi çalışmışdır. 12 iyun 2011-ci ildəki seçkilərdə namizəd olmaq üçün 10 mart 2011-ci il tarixində ən son çalışdığı Eyüb prokurorluğundan istefa vermişdir. === Siyasi fəaliyyəti === 2011-ci ilin iyun ayının 12-də keçirilən TBMM-ə seçkilərdə CHP-nin namizədi kimi İstanbul III bölgədən deputat seçilmişdir.
Özgür Can Özcan
Özgür Can Özcan (d. 10 aprel 1988; Manavqat ) — türk futbolçudur. Hücumçuda oynayan oyunçu, 3. liqa komandalarından olan Nevşehir Belediyespor'da oynayır. == Klub karyerası == İbtidai təhsilini Toros İbtidai Məktəbində bitirmişdir. Futbolçu karyerasına “Manavgat Belediyespor”un infrastrukturunda başlayıb. Oradan da Qalatasaray infrastrukturuna keçdi. 2005-ci ildə Gheorghe Hagi tərəfindən A Komandasına götürüldü. PAF komandada əli ilə qol vurdu və hakim bunu görmədiyi üçün hakimə dedi və sarı vərəqə aldı. Bu hadisədən sonra Özgürcan dünya fair-play mükafatına layiq görülüb.
Özgül Saki
Özgül Saki (1967, Çaycümə, Zonquldak ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Özgül Saki 1967-ci ildə Zonquldak ilinin Çaycümə ilçəsində anadan olub. 1990-cı ildə ODTÜ Təhsil Bölməsindən məzun olub. Kocaeli Universiteti Fənn və Ədəbiyyat Bölməsində magistr dərəcəsi alıb. Uzun illər müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) üzvü olub. Daimi olaraq 8 Mart Feminist Gecə Yürüşlərinə və LGBTİ+ Yürüşlərinə qatılır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və Qadınlar üçün Bərabər Cəmiyyət Komissiyasının vəzifəsində təmsil olunub.
Özgür Ərdəm İncəsu
Özgür Ərdəm İncəsu (1979, Ərdəhan) — iş adamı, iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı. == Həyatı == Özgür Ərdəm İncəsu 1979-cu ildə Ardahan ilinin Yalnızçam ilçəsində anadan olub. Bilkent Universiteti İqtisadi bölməsini bitirib. Birləşmiş Ştatların Kaliforniya Universitetində magistr dərəcəsi alıb. İş adamı olaraq çalışıb. Gənclərbirliyi İdman Klubunun İdarə Heyətinin, Gənc İş adamları Dərnəyinin İdarə Heyətinin üzvüdür. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. Çankaya Bələdiyyəsi Məclis sədrinin müavini vəzifəsində təmsil olunub. 2023-cü illərdə Ardahan ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Avropa İttifaqına Uyğunlaşma Komissiyasının üzvüdür.