Ümman Əmiraslanov
Ümman Namiq oğlu Əmiraslanov (21 dekabr 1996; Qəbələ rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Ümman Əmiraslanov 1996-cı il dekabrın 21-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. ailədə 5 nəfər olublar (atası II qrup əlildir və bacılarından biri daun sindromludur). O, 3 bacının tək qardaşı idi. 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmət yaşı çatsa da, ayağındakı problem üzündən (ayağının altı düz olduğu üçün) xidmətə yararsız hesab edilir. Buna baxmayaraq israrları sayəsində istəyinə nail olur və xidmətə yollanır( Sumqayıt, N saylı hərbi hissə, kəşfiyyat bölüyü). 2016-cı ildə xidmətini başa vurur. Ailəsi ilə Bakıya köçsə də pandemiya səbəbi ilə yenidən Qəbələyə, kəndlərinə qayıdırlar. Qəbələdə "OBA" marketdə çalışır, idarəçi işinə qədər yüksəlir.