ŞƏMSİYYƏ

is. [ ər. ] Günlük, çətir, zontik.
[Qız] əda ilə əlindəki ağ və pənbə ipəkli şəmsiyyəsini oynada-oynada hər kəsin önündən sallanaraq keçər(di). A.Şaiq.
Hər tərəfdən ağ geyimli altı qız fironun xanımının başına tavus lələklərindən yapma şəmsiyyələr tutmuşdular. Çəmənzəminli.
Sona qaranlıq küçədə şəmsiyyəsiz yağışın altında durmuş(du)… Ə.Əbülhəsən.

ŞƏMS-QƏMƏR
ŞƏMŞİR
OBASTAN VİKİ
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. == Həyatı == Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist...

Digər lüğətlərdə