ŞƏRİFƏ

şərəfli, müqəddəs, məşhur; nəcib, əsil.
ŞƏRİFALI
ŞƏRİFƏLİ
OBASTAN VİKİ
Şərifə Bacı
Şərifə Bacı (təq. 1898, Seydilər[d], Kastamonu ili – dekabr 1921, Kastamonu, Kastamonu ili) ― Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş qadın, türk xalq qəhrəmanı. O 1921-ci ildə bir neçə aylıq qızı ilə birlikdə öküz arabası ilə cəbhəyə sursat daşıyarkən donub ölmüş və müharibədə öldüyü üçün şəhid elan edilmişdir. Şəhid Şərifə Bacı İstiqlaliyyət müharibəsində türk qadınlarının fədakarlıq və qəhrəmanlıqlarının simvoludur. == Həyatı == 1900-cü illərin əvvəlində Kastamonu vilayətinin Seydiler ilçəsindəki kəndlərdən birində anadan olub. Doğum tarixi dəqiq məlum olmasa da, evlənəndə onun on altı yaşı olduğu bilinir. Onun toyundan iki ay sonra Birinci Dünya müharibəsi başlamış və əri orduya çağırılmışdır. Altı ay sonra o, ərinin Çanaqqala döyüşündə (1915-1916) öldüyünü öyrənib. Kənd camaatı bu dəfə onu cəbhədə bomba partlaması nəticəsində sol ayağını və bir gözünü itirmiş yaralı müharibə veteranı Topal Yusuf ilə evləndiriblər. Yeni evliliyinin üçüncü ilində Şərifənin bir qızı dünyaya gəlmişdir.
Səidə Şərifəliyeva
== Həyatı == Şərifəliyeva Səidə Vahid qızı 10 yanvar 1981-ci il tarixdə Neftçala rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasında vokal fakultəsinə - Xalq artisti Xuraman Qasımovanın sinfinə qəbul olunub. 2002 -2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında çalışıb. == Yaradıcılığı == 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın "Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb. Azərbaycan Respublikasının Əməkdar artistidir.
Şərifəddin (Sulduz)
Şərifəddin (fars. شريف الدين‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (20 ailə).
Əmir Şərifəddin
Əmir Şərifəddin (ind. Amir Sjarifuddin Harahap, Amir Sjarifoeddin Harahap, 27 aprel 1907, Medan — 19 dekabr 1948, Surakarta) — İndoneziya siyasi xadimi. == Həyatı == 30-cu illərdə Hollandiya müstəmləkə jandarmeriyasının Yavada, Sumatrada və İndoneziyanın başqa adalarındakı hər bir şö'bəsinin seyfində belə və ya buna oxşar anget tapmaq olardı... Hollandiya hakimiyyət orqanları 20-ci illərin ortalarında İndoneziya gənclərini tə'sir altına almaq məqsədilə İndoneziyalı tələbələri Haaqa və Amsterdamın ali məktəblərində oxumağa geniş cəlb edirdilər. Lakin İndoneziya gənclərinin əksəriyyəti və ən yaxşı hissəsi həmişəki kimi Hollandiya hakimiyyətini əslində olduğu kimi müstəmləkəçi və zalim hesab edirdi. 1928-ci ildə Hollandiyadan qayıdan Şərifəddin ölkənin ictimai həyatında, vətənin azadlığı uğrunda mübarizədə fəal iştirak edir. Müxtəlif milli təşkilatlarda işləyən Şərifəddin Hollandiya müstəmləkəçiliyinə qəti və barışmaz düşmən olduğunu göstərmişdi. Qorxmazlıq, energiya, vətənin azadlığı işinə sədaqət xalq arasında Əmir adlandırılan Şərifəddinə ümumi hörmət və məhəbbət qazandırmışdı. Təbiidir ki, milli istiqlaliyyət uğrunda, xalqın səadəti uğrunda mübarizə Şərifəddini kommunistlərlə yaxınlaşdırmışdı. Həmin dövr kommunist partiyası qüvvələrinin möhkəmləndiyi, xalq arasında onun nüfuzunun artdığı dövr idi və partiyanın qeyri-leqal vəziyyətdə olması da buna maneçilik törətmirdi.