ƏBDÜLLƏTİF

bax: Əbdül və Lətif.
ƏBDÜLQƏNİ
ƏBDÜLMANAF
OBASTAN VİKİ
Əbdüllətif Bağdadi
Əbdüllətif Bağdadi — (1162–1231) — Görkəmli ərəb filosofu
Əbdüllətif Bəndəroğlu
Əbdüllətif Bəndəroğlu Omran (1937, Tuzxurmatu, Səlahəddin mühafəzəsi – 2 fevral 2008, Amman) — türkman əsilli İraq şairi, tərcüməçisi, ədəbiyyatşünası, publisisti, folklorçusu və araşdırmaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru. == Həyatı == İraq Türkmanlərinin öndə gələn ziyalılarından araşdırmaçı şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu 1937-ci ildə İraqın Kərkük vilayətində Təzə Xurmatu kəndində anadan olmuşdur. İbtidai sinfi Təzə Xurmatu və Kərkükdə başa vurdu. 1956-cı ildə Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə təhsilinə davam edərkən siyasi səbəblərdən məktəbdən xaric edildi. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildən sonra Livan, Bolqarıstan, Yunanıstan başqa ölkələlərdə müxtəlif işlərdə işlədi. 1965-ci ildə yenidən vətənə qayıtdı. 4 fevral 2008-ci ildə Ürdün Xəstəxanasında keçirdiyi ağır əməliyyat nəticəsində vəfat etdi. Nəcəfdə torpağa tapşırıldı. == Fəaliyyəti == Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alim olmuşdur. İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində fəaliyyətini davam etdirən Ə. Bəndəroğlunun 1993-cü ildə "İraq-türkman folklorundan örnəklər" adlı digər bir tədqiqat əsərini çapdan çıxarıb.
Əbdüllətif Şirvani
Əbdüllətif Şirvani (az-əbcəd. ابدوللتیف شیروانی‎; XVI əsr və ya 1556 – 1602) — XVI əsr Azərbaycan xəttatı. == Həyatı == Bəzi mənbələrə görə, 1556-cı ildə anadan olmuşdur, lakin digər mənbələr daha erkən tarixə işarə edir. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530–1560 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Əbdüllətif Şirvani tərəfindən üzü köçürülmüş Sədinin "Bustan" (1539) və "İstanbulda baş vermiş daşqın haqqında hekayə" (1563–1564) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır. 1602-ci ildə vəfat etmişdir.
Mirzə Əbdüllətif Qarabaği
Əbdüllətif Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi.
Əbdüllətif Əhməd Mustafa
Əbdüllətif Əhməd Mustafa (1969) — İraq kürd din xadimi və sələfi təbliğatçısı. == Həyatı == Əbdüllətif Əhməd Mustafa 1969-cu ildə anadan olmuşdur. O, ibtidai, orta və lisey təhsilini tamamladıqdan sonra ərəb dilini öyrənmək üçün Bağdada getmiş, Müstənsiriyə Universitetinin ərəb dili bölməsinə qəbul olmuşdur. Mustafa 1992-ci ildə universiteti bitirdikdən sonra Raniya rayonunun Çvarqurna şəhərində müəllim kimi işə düzəlmişdir. O, bir müddət sonra ölkəni tərk edərək şəriəti öyrənmək üçün bir neçə başqa islam ölkələrinə səfər etmişdir. Mustafa daha sonra Tikritdə magistr və doktorantura təhsilini tamamlamışdır. O, ardınca Səudiyyə Ərəbistanında daha bir doktorluq dərəcəsi qazanmışdır. Əbdüllətif Əhməd bir neçə dəfə kürd mediasında çıxış etmişdir. 2012-ci ildə "NRT News"da bir sıra videolarda görünmüşdür. O, hal-hazırda kürd dilində sələfi kanalı olan "Amojgari"nin direktoru və Süleymaniyyədə yerləşən Beheşt məscidinin imamıdır.
Əbdüllətif Camal Rəşid
Əbdüllətif Camal Rəşid (ərəb. عبد اللطيف رشيد‎, həmçinin Lətif Rəşid (kürd. لەتيف ڕەشید) kimi bilinir; 10 avqust 1944, Süleymaniyyə, İraq krallığı[d]) — iraqlı kürd siyasətçisi və 2022-ci il İraq prezident seçkilərindən sonra İraqın doqquzuncu prezidenti. O, əvvəllər Nuri əl-Maliki hökuməti dövründə su ehtiyatları naziri olub. Bundan əvvəl o, həm İraq Keçid Hökumətində, həm də İraq Müvəqqəti Hökumətində eyni vəzifədə çalışıb. Rəşid Kürdüstan Vətən İttifaqının (KYB) Böyük Britaniyadakı keçmiş mətbuat katibi olub. 2003-cü ilin sentyabrından 2010-cu ilin dekabrınadək su ehtiyatları naziri vəzifəsində çalışan Rəşid suvarma, kommunal və sənaye su təchizatı, hidroenergetika, daşqınlara qarşı mübarizə və bataqlıqların bərpası kimi ekoloji tələblər də daxil olmaqla bir sıra məsələlərə cavabdeh idi. == Həyatı == Rəşid 1944-cü ildə İraqın Kürdüstan bölgəsinin Süleymaniyyə şəhərində yüksək təbəqədən olan kürd ailəsində anadan olub. O, Liverpul Universitetində İnşaat Mühəndisliyi üzrə bakalavr dərəcəsinə (1968) və Mançester Universitetində magistr dərəcəsinə (1973) və mühəndislik üzrə fəlsəfə doktoru (1978) dərəcəsinə malikdir. Liverpul Universitetini bitirdikdən sonra 1969-cu ildə Süleymaniyyə Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Yəhya ibn Əbdüllətif Hüseyni Qəzvini
Yəhya ibn Əbdüllətif Hüseyni Qəzvini (fars. یحیی بن عبداللطیف حسینی قزوینی‎; 1481, Qəzvin – 1555) — farsdilli Səfəvi tarixçisi. 1542-ci ildə yazılmış "Lübb əl-təvarix" ("Tarixlərin mahiyyəti") əsərinin müəllifidir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Quinn, Sholeh; Melville, Charles. Yarshater, Ehsan; Melville, Charles (redaktorlar ). Persian Historiography: History of Persian Literature A, Vol X (A History of Persian Literature). I.B.Tauris. 2012. ISBN 978-1845119119. Quinn, Sholeh A. Safavid Historiography: The place of the Safavids in the Iranian history // Matthee, Rudi (redaktor ).