sif. [
ər. ]
1. klas. Təəccüblü, qəribə.
Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik işi qıza nə layiq? Füzuli.
2. Gülməli, əyləncəli, məzəli, çox qəribə.
Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. S.Ə.Şirvani.
Əcəb, yoxmu onun bağçası-bağı; Güllərə baxmayır, gül solü sağı. Ə.Cavad.
3. Çox yaxşı, çox gözəl, əla. Əcəb şeydir. Əcəb kitabdır.
– Bir əcəb qəsrdə tutub mənzil; Meyə olmuşdu ruzü şəb mail. Füzuli.
Əcəb əyyam imiş əyyami-sələf; Gərək o günlərdə olaydıq tələf. Q.Zakir.
4. dan. Təəccüb bildirir – görəsən. Əcəb, nə oldu ki, gəlib çıxmadı?
5. dan. Təsdiq bildirir – bəli, hə. – Sən yemək yeyəcəksənmi? – Əcəb.
6. dan. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. Əcəb işə düşdük?
! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən! ◊ Əcəb eləmək dan. – yaxşı eləmək, əlindən gəlmək.
Bilmirəm, əcəb edirəm, … sənə nə düşüb? H.Nəzərli.
Əcəb ki – nə yaxşı ki, yaxşı oldu ki, nə yaxşı… Əcəb ki, tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim.
Əcəb oldu – yaxşı oldu, elə də lazım idi.
Lütfəli [Cəlilə] baxıb öz-özünə deyirdi ki, əcəb oldu. İ.Musabəyov.
Nə əcəb? –
1) təəccüb, heyrət, sual bildirir.
Nə əcəb belə gec gəldin? – [Araz:] Bir de görüm, sən nə əcəb bura gəldin? A.Şaiq.
Mənimlə tikdirdiyin qırx üç manatlıq tufliləri nə əcəb geyməyib, belə sarı səndəldə dolanırsan? Qantəmir;
2) təəccüblü deyil, təəccüblü bir şey yoxdur, buna təəccüb etmə(yin).
Yar söhbətim olmazsa, Füzuli, nə əcəb; Özünə söhbətimi ar bilibdir, bilirəm. Füzuli.
Sizdən (səndən, ondan və i.a.) nə əcəb? – təəccüb, sual məqamında.
[Sevil:] İçəri gəl, ay ata, altı ildir səni görməmişəm, səndən nə əcəb? C.Cabbarlı.
[Rəis:] Sizdən nə əcəb, Hikmət xanım? Mir Cəlal.