Ömürdür, biri az yaşayır, o biri çox yaşayır.
// Ümumiyyətlə, ölüm, ölüm çağı. Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. ( Ata. sözü ).
[Mehriban] istəyirdi ki, belə halında, əcəlin soyuq qanadları üzünü oxşarkən Zeynal yatağının yanında, başı üzərində bulunsun.
□ Əcəl girləmək – bax əcəli gəlmək.
[Nemət kişi:] Görünür, hansı bədbəxti isə əcəl girləyib.
Əcəli gəlmək (çatmaq, tamam olmaq, yetmək) – ölüm vaxtı yetişmək.
Əcəl gəldi, başım üstə dayandı; Şirin canım eşqin oduna yandı. “ ”.
Nə cütü var, nə kotanı, nə kəli; Ölmək istər, yetişməyir əcəli.
Xəstə şəfa tapmayıb öləndə deyərdi: – Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola.
Öz əcəli ilə ölmək – təbii ölümlə ölmək.