Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əyyam Musayev
Əyyam Hüseyn oğlu Musayev (11 yanvar 1946 – 23 mart 2000) Azərbaycan Respublikasının Deputatı(1990–1995) ,Səttərxan adına Maşınqayırma zavodunun direktoru(1988–2000), Azərbaycan Respublikası "Dinamo" futbol klubunun prezidenti(1997–2000),Professor,Elmlər doktoru,Texniki Elmlər Namizədi. == Həyatı == Əyyam Hüseyn oğlu Musayev – 11 yanvar 1946-cı ildə Şəmkirin Könüllü kəndində anadan olmuşdur. 1964 cü ildə -Odessa Dəniz Gəmiçiliyi Mühəndisləri İnstitutuna daxil olmuş, həmin institutu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. 1969-cu ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 övladı dünyaya gəlmişdir. Əyyam Musayev 2000-ci ilin mart ayının 23-də müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1965–1968-ci illərdə, Bakı Elektroməişət Cihazları zavodunda fəaliyyətə başlamışdır. 1968–1980-cı illərdə, Bakı Elektromontaj Remontları (BREM) zavodunda çalışmış, 1980–1982-ci illərdə, həmin zavodun direktor koməkçisi vəzifəsinə layiq görülmüşdür. 1982–1986-cı ilərdə, Hüsü Hacıyev adına zavodun direktoru təyin olunub. 1986–1987-ci illərdə, Əlibayramlıda zavod direktoru vəzifəsində çalışmışdır.
Əyyam əl-ərəb
Əyyam əl-ərəb (ərəb. أيام العرب‎; mənası – ərəblərin günləri) — ilkin ərəb eposu janrlarından biri. Qəbilədaxili və qəbilələrarası müharibələrdən, qəhrəmanların sərgüzəştlərindən bəhs edir. V–VII əsrlərdə bədəvi ərəblər arasında formalaşmışdır. Sonralar ayrı-ayrı əyyam əl-ərəblər silsilə halına salınmışdır ("Bəsusun müharibəsi", "Əbs və Zubyan müharibəsi" və s.). Çoxu VIII–X əsr ərəb filoloqlarının, xüsusilə Əbu Übeydənin əsərlərində qorunub saxlanılmış, əyyam əl-ərəblər ərəb ədəbiyyatında tarixi əsərlərin yaranmasına təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Айям аль-Араб (статья в БСЭ) Аравийская старина. (Книга содержит отрывки из "Дней арабов" — древних сказаний о межплеменных войнах. В стихотворных переводах впервые воспроизводится ритмика и система рифмовки классической арабской поэзии.
Xəyyam (pyes)
Xəyyam — Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən 1935-ci ildə yazılmış faciə. Bu, orta əsr fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyama həsr olunmuşdur. Əsər ilk dəfə 1963-cü ildə Bakıda nəşr edilmişdir. "Xəyyam" faciəsi 1970-ci ilin martında Bakı şəhərində yerləşən Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. == Tarixi == Azərbaycan dramaturqu Hüseyn Cavid "Xəyyam" pyesini 1935-ci ildə yazmışdır. Buna əlavə olaraq, pyes həmin il Azərbaycan SSR Ədəbi Əsərlər Müsabiqəsində III yerə layiq görülmüşdür. Hüseyn Cavid pyesin məzmununu Ermənistan SSR-nin paytaxtı olan İrəvan şəhərində yaşayan dostuna göndərmişdir. Uzun müddətdən sonra, 1957-ci ildə Hüseyn Cavidin qızı Turan Cavid İrəvan şəhərində bu pyesi taparaq Bakı şəhərinə gətirmişdir. Pyes ilk dəfə 1963-cü ildə, Bakı şəhərində yerləşən "Azərnəşr" nəşriyyatında çap olunmuşdur. 12 mart 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluğunda tamaşaya qoyulmuşdur.
Xəyyam Abdullazadə
Xəyyam Musa oğlu Abdullazadə (22 fevral 1979, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və şair. == Həyatı == Xəyyam Abdullazadə 22 fevral 1979-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. ANS, SPACE, LİDER, AZTV, İTV televiziya kanallarında çalışaraq bir sıra yadda qalan layihələrin müəllifi və rejissoru olub. "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb. Çəkdiyi "Koramal" filmi Latviya, Serbiya, Ukrayna, İran və Azərbaycanda, "Nəfəs" filmi Ukraynada, "İşıq gələn tərəf" filmi İspaniyada beynəlxalq film festivallarının mükafatlarına layiq görülüb. "Ağ qan" filmi ilə Gent Beynəlxalq Film Festivalı (Belçika), Dubay Beynəlxalq festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Gulf Beynəlxalq Film Festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Tirana Beynəlxalq Film Festivalı (Albaniya), Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan), Batumi Beynəlxalq Film Festivalı (Gürcüstan), Kinofest Beynəlxalq Film Festivalı (Rumıniya), Kipr Beynəlxalq Film Festivalında; "İşıq gələn tərəf" filmi ilə Clermont-Ferrand Beynəlxalq Film Festivalı (Fransa), Friburq Beynəlxalq Film Festivalı (İsveçrə), Skepto Beynəlxalq Film Festivalında (İtaliya) iştirak etmişdir. Xəyyam Abdullazadə "Exa prodakşn" MMC-nin direktoru vəzifəsini icra edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
Xəyyam Daşdəmirov
Xəyyam Daşdəmirov (tam adı: Xəyyam Məhəmməd oğlu Daşdəmirov; 22 fevral 2002; Balik, İsmayıllı rayonu, Azərbaycan — 12 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi. == Həyatı == Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi.Subay idi. == Hərbi xidməti == Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olundu. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Xəyyam Hüseynov
Xəyyam Hüseyn oğlu Hüseynov (11 iyul 1996; Göyçay, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyyam Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyyam Hüseynov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyyam Mirzəzadə
Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı – 30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986). == Həyatı == Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir. Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb. Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.
Xəyyam Məmmədov
Xəyyam Məmmədov (tam adı: Məmmədov Xəyyam Paşa oğlu; 12 noyabr 1946, Qax rayonu) — həkim, tibb elmləri namizədi. 1993-2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Xəyyam Məmmədov 1946-cı il noyabr ayının 12-də Qax rayonunun Qax qəsəbəsində anadan olmuşdur. 1993–2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Hazırda Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimidir. == Ailəsi == Paşa Məmmədovun atasıdır.
Xəyyam Orucov
Xəyyam Hüseyn oğlu Orucov (6 fevral 1981, Vardenis rayonu) — Azərbaycanlı zorxana ustası, 4 qat Avropa çempionu, 2 qat Dünya kubokunun sahibi, 6 qat dünya çempionatının mükafatçısı, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş, 1 bürünc mükafatçısı, Beynəlxalq dərəcəli hakim, Beynəlxalq dərəcəli məşqçi, Yığma komandanın baş məşqçisi (2014-2017), Yığma komandanın böyük məşqçisi (2017-ci ildən). == Həyatı == Xəyyam Orucov 6 fevral 1981-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan köçkün düşüb, Şəmkir rayonunda yerləşiblər. 1988-1998-ci illərdə Şəmkir rayonu Sarıtəpə kənd orta məktəbində təhsil almışdır. Uşaq vaxtından Sərbəst güləş idman növü ilə məşğul olmuşdur. 1998-2002-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 2002-ci ildə akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2003-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Güləşmə və onun metodikası" kafedrasında işə qəbul olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ikinci ali təhsil almaq üçün qəbul olub.
Xəyyam xalçaları
Xəyyam xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Xəyyam Əzizov
Xəyyam Əli oğlu Əzizov (8 noyabr 1995, Züd-Ost Qoltuq, Neftçala rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində fəhlə ailəsində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur.
Ömər Xəyyam
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری‎); və ya sadəcə Ömər Xəyyam (1048–1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu. == Həyatı == Səlcuq dövlətinin Xorasan vilayətinin NeyŞahBur-Nişapur(perscə deyilişi) şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. Bəhmənyarın şagirdi olaraq Xorasan Azərbaycanlısıdır. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir. Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.
Əli Xəyyam
Xəyyam Əliyev
Xəyyam Əlixan oğlu Əliyev (17 dekabr 1990; Əmircan, Suraxanı rayonu, Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı və pilotu. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Xəyyam Əliyev 17 dekabr 1990-cı ildə Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində Əlixan Əliyevin və Nailə Əliyevanın ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə Bakı şəhəri 154 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2007-2011-ci illərdə Milli Aviasiya Akademiyasında ali təhsil almışdır. Ailəli idi, Əlixan adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Xəyyam Əliyev ali təhsilini aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində "leytenant" rütbəsində xidmətinə başlamışdır. Xidmət illərində "kapitan" rütbəsi almışdır. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.
Xəyyam Mustafazadə
Xəyyam Mustafazadə Xaqani oğlu (4 fevral 1987, Bakı) – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Baş Solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2013), bas-bariton. == Həyatı == Xəyyam Mustafazadə Xaqani oğlu — 4 fevral 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Evlidir. 3 oğlu var. == Təhsili == 1993–2004 ilədək 126 saylı orta məktəbdə oxumuşdur. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərmişdir. 9-cu sinifdə oxuyarkən Bakı şəhərin rayonlarının məktəblərarası vokal konkursunun qalibi olmuşdur. 2002–2003-cü illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyada şəxsi müəllim tərəfindən vokal dərsləri almışdır. 2004-cü ildə yüksək balla da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. 2005-ci ildə (II kurs) ÜNS Yaradıcılıq Mərkəzinin solisti olmuşdur.
Xəyyam Nisanov
Xəyyam Nisanov (21 oktyabr 1983) - Azərbaycan müğənnisi. == Həyatı və karyerası == Xəyyam Nisanov 21 oktyabr 1983-cü ildə Bakıda dünyaya gəlib. Atası Semyon Nisanov musiqiçi olduğundan musiqiyə maraq balaca Xəyyama da keçir. Hələ uşaq yaşlarında avtomobil qəzası nəticəsində Xəyyam atasını itirir. Sonralar 7 N-li musiqi məktəbində nağara aləti üzrə təhsil almağa başlayan Xəyyam eyni zamanda vokal dərsləri də alır. Gənclik yaşlarında Elçin İmanovla tanış olur və “Məktəb İlləri” adlı ilk musiqi albomunu buraxır. Albomdakı mahnılar Rusiyada yaşayan soydaşlarımız tərəfindən bəyənildiyi üçün onlar artıq öz tədbirlərinə Xəyyamı dəvət etməyə başlayırlar. 2002-ci ildə müğənni “Bakı payızı” gənc ifaçıların müsabiqəsində iştirak edir və orada tanınmış bəstəkar Vaqif Gərayzadə ilə tanış olur. Uzunmüddətli çalışmalardan sonra “İndi bildim” mahnısı ərsəyə gəlir. 2004-ci ildə həmin mahnı və onun klipi Xəyyamın vizit kartına çevrilir.
Xəyyam – Sakkeri dördbucaqlısı
Xəyyam – Sakkeri dördbucaqlısı — bir tərəfinə bitişik bucaqları düz bucaq olan, bu tərəfə qonşu olan tərəfləri bərabər olan dördbucaqlıdır. Xəyyam – Sakkeri dördbucaqlısının Loboçevski həndəsəsinin yaradılma tarixində böyük rolu olmuşdur. İsbat olunur ki, bu dördbucaqlının digər iki bucağı bərabərdir. Bu bucaqların qiyməti haqqında üç hipotez mümkündür: Həmin bucaqların iti olması; Həmin bucaqların düz olması; Həmin bucaqların kor bucaq olması. Sakkeri (1667–1733) hər üç fərziyyəni araşdırmışdır. Birinci dəfə bu dördbucaqlıya Ömər Xəyyam baxmışdır. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Ömər Xəyyam (yazıçı)
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Eyya-fiord
Eyya-fiord (isl. Eyjafjörður — Ada fiordu) — İslandiya sahillərində yerləşən fiord. Eyya-fiord İslandiyanın şimalında, Tryodlaskaqi yarımadasının şərqində yerləşir. Sahillərini Qrenland dənizi yuyur. Fiordun uzunluğu 60 km, eni isə 24 km təşkil edir. Qərb istiqamətdə Hendis-fiord və Olafs-fiord adlı kiçik fiordlara bölünür. Aküreyri şəhəri fiordun cənub qutaracağında yerləşir. Qərb sahillərində isə Dalvik və Oulafsfordur şəhərçikləri qərarlaşır. Fiordda Hrisey adası yerləşir.
Pəyam
Yam və ya Pəyam (fars. پيام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,389 nəfər yaşayır (336 ailə).
Qiyam
Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədi ilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. == Tarixi == Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Ədyal
Ədyal bir növ yataq ləvazimatındandır ki, ümumiyyətlə istifadəçini qızdırmaq üçün xüsusilə də yatmaq vaxtı nəzərdə tutulan böyük bir parçadır.Ədyallar qalınlıq və məqsədlərinə görə döşəkağıları ilə fərqlənir;ən qalın dəşəkağı hələ də ən yüngül ədyaldan daha incədir. Ədyallar ümumiyyətlə, istilik üçün istifadə olunur, halbuki döşəkağıları gigiyena, rahatlıq və estetik üçün istifadə olunur.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..
Əyyub
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
Eyyvah eyvah
Eyyvah Eyvah — Hakan Algülün rejissoru olduğu, 2009-cu ildə çəkilmiş, Türkiyə istehsalı komediya filmi.
Eyyvah eyvah (film, 2010)
Eyyvah Eyvah — Hakan Algülün rejissoru olduğu, 2009-cu ildə çəkilmiş, Türkiyə istehsalı komediya filmi.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.
Eqyan
Eqyan (fr. Eyguians, oks. Aiguians) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05053. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 71.2%). Fəal olan 117 nəfərdən 110 nəfəri (60 kişi və 50 qadın), 7 nəfəri işsizdir (3 kişi və 4 qadın).
Eylat
Eylat (ivr. ‏אילת‏‎) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzinin və Qırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir. İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur. Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur.