1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac. – Ağac bar gətirdikcə başını aşağı dikər. ( Ata. sözü ).
// Oduncaq.
2. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. Tikinti üçün xeyli ağac gətirilmişdir. Ağac ehtiyatı.
3. Ələ götürülən əsa.
// Dəyənək, çomaq. Ağacla vurmaq.
□ Əl ağacı – yeriyərkən dirənmək üçün əldə tutulan ağac; əsa.
4. köhn. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü.
◊ Ağaca dönmək – 1) bərkimək, qurumaq, sərtləşmək;
2) hərəkətsiz hala gəlmək, hissizləşmək, hissini itirmək.
Ağac-ağaca qoymaq (gəlmək) – dalaşmaq, dava eləmək.
Uruq ağacı – bax uruq.